Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


13.09.2018  09:15 

Yaşlılar nədən əziyyət çəkir?





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkədəki uzunomürlülərin sağlamlığı ilə bağlı vəziyyəti dəyərləndirib.
XəzərNews.az xəbər verir ki, institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, tədqiq etdikləri uzunömürlülərdə alsheymer xəstəliyi qeydə alınmayıb. Bu da uzunömürlülərin beyin fəaliyyətinin qorunub saxlanmasından xəbər verir.

İnstitut direktoru qeyd edib ki, ölkədəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər: "Uzunömürlülər fenomendilər. Onlarda stressə davamlılıq çox yüksək səviyyədədir. Belə ki, son tədqiq etdiyimiz kişi uzunömürlülərin demək olar ki, əksəriyyəti Böyük Vətən Müharibəsinin ilk günlərindən sonadək döyüşənlərdir".

U.Həşimova əlavə edib ki, ölkədə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var: "İlk öncə onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. İkinci səbəb irsi faktor, üçüncü səbəb ekoloji faktor və yaşam tərzidir. İrsi və ekoloji faktorlar adətən bir-birini şərtləndirir. Belə ki, uzunömürlülük ancaq qənaətbəxş ekoloji mühitdə nəsildən-nəslə ötürülür. Uzunömürlülərdə reproduktiv mərhələ xeyli uzun sürür. Məsələn, Lerik rayonunun dəniz səviyyəsindən 1600 m hündürlikdə yerləşən Qosmalyan kəndində yaşayan 96 yaşlı Müslüm Feyziyevin 8 yaşlı oğlu var idi".

U.Həşimova deyib ki, uzunömürlü olmaq üçün yaşam tərzinin, qidalanmanın çox böyük əhəmiyyəti var.

Onun sözlərinə görə, uzunömürlülərin demək olar ki, əksəriyyəti inanclı insanlardır: "Onlar sinir sisteminin tipinə görə sanqviniklərdir. Onların özünəməxsus həyata baxışı var. Uzunömürlülərdə ölümün qaçılmazlığına və qocalma faktoruna qarşı güclü psixoloji müdafiə mövcuddur. Özünütənzimləmə mexanizmləri çox güclüdür. Belə ki, bütün uzunömürlülərdə orqanizm "qənaət rejimində" fəaliyyət göstərir. Onlar qədərində qidalanır, hərəkət edir, ən çox süd məhsullarından və bitki çaylarından istifadə edirlər. Azərbaycanda başqa ölkələrlə müqayisədə ahıllara və qocalara olan ənənəvi münasibət, xüsusilə ağsaqqallıq institutu, onlara ailədə olan xüsusi diqqət və qayğı da uzunömürlülüyə rəvac verən əsas faktorlardan biridir".

Direktor hazırda institut tərəfindən uzunömürlülərin həm irsi, həm də fizioloji göstəricilərinin, bu fenomenin molekulyar əsaslarının mexanizmlərinin öyrənildiyini də söyləyib.

Xəbər 1038 dəfə oxunub.




13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +