Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


02.07.2018  09:05 

Bu istidə nə edək? - Kondisioner problemi





A+  A-

Bir çoxları yayın qızmar günlərində dənizə üz tutur, yaxud bölgələrdə istirahət edir. Əlacı olmayanlar isə təsəllini kondisionerin verdiyi soyuq havada tapır.
Amma kondisionerrin yaratdığı fəsadlar da az deyil. XəzərNews.az xəbər verir ki, Kaspi.az kondisionerin yaratdığı soyuq havanın insan orqanizminə hansı mənfi təsirlərinin olduğunu araşdırıb.

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, kondisionerdən istifadə edərkən diqqətli olmaq lazımdır: “Çalışmaq lazımdır ki, otaqdakı hava ilə çöldəki hava arasında çox böyük fərq olmasın. Bəzən hətta kondisioneri 16-18 dərəcədə işlədirlər. Otaq şəraitində bu temperaturu əldə etmək çətin olur. Digər tərəfdən, uzun müddət həddən artıq soyuq hava altında dayanmaq orqanizmdə müxtəlif xəstəliklərə səbəb olur. Çünki bu zaman orqanizmdə termo-requlyasiya prosesi pozulur və nəticədə soyuqdəymə baş verir. Kondisionerlər işləyən otaqda uzun müddət oturmaq və yatmaq olmaz. Həmçinin bu zaman soyuq maye və qidalar qəbul etmək düzgün deyil. Yay vaxtı yaranan soyuqdəymənin əsasında bu faktorlar dayanır. Belə məsələlərə diqqət etmək lazımdır.

Bundan başqa, kondisioner ildə bir dəfə təmizlənməlidir. Çünki orada çoxlu mikroblar olur. Hər dəfə kondisioner işlədikcə, bu mikroblar havaya buraxılır və insan orqanizminin nəfəs yollarına düşür. Bu isə pnevmaniya xəstəliyinə səbəb olur. Təəssüflər olsun ki, bir çox insan buna riayət etmir.

Ümumiyyətlə, kondisionerin işlədiyi otağın havası tez-tez dəyişdirilməlidir. Bütün bunlar kondisionerin təlimatında da var. Çünki kondisionerin, havanı soyutmaqla yanaşı, nəmləndirici təsiri də var. Havada olan su damcıları nəm şəkildə yenidən havaya buraxılır. Yeri gəlmişkən, kondisioneri elə quraşdırmaq lazımdır ki, soyuq hava kütləsi birbaşa insanlara təmas etməsin. Neytral bir zona daha məqsədəuyğundur. Bu kimi məsələlərə başdansovdu yanaşmaq olmaz. Xüsusilə uşaqların olduğu evlərdə otağın havası nəzarətdə saxlanılmalıdır. Uşaq olan otaqda fasiləsiz kondisioner istifadə etmək olmaz. Otağın temperaturu sərinlədikdən sonra kondisioneri söndürmək lazımdır. Kondisionerin uzun müddət işləməsi uşaqların yuxarı tənəffüs yollarında virus və infeksiyaların fəallaşmasına səbəb ola bilir”.

Həkim-terapevt Məlahət Abbasova bildirib ki, temperatur fərqi mütləq balanslaşdırılmalıdır. Əks halda orqanizm kəskin temperatur fərqinə mənfi reaksiya verə bilər: “İsti yay günlərində kondisionerdən istifadə edənlərin sayı təbii olaraq artır. Amma əgər evdə uşaq varsa, valideynlər diqqətli davranmalıdırlar. Xüsusilə uşağın hansısa bir xəstəliyi varsa, bu zaman məsələyə daha həssas yanaşılmalıdır. Kondisionerdən elə istifadə etmək lazımdır ki, normal otaq temperaturu olsun. Otağı həddən artıq soyutmaq lazım deyil.

Temperatur balansı pozulduqda, uşağın orqanizminin buna dözmək qabiliyyəti aşağı düşür və onlar tez-tez xəstələnirlər. Həddən artıq soyuq hava təkcə uşaqların deyil, böyüklərin də orqanizminə mənfi təsir edir. Temperaturu elə nizamlamaq lazımdır ki, orqanizm buna adaptasiya ola bilsin. Xroniki xəstəliklərdən əziyyət çəkənlər xüsusi diqqətli olmalıdır. Çünki soyuq havada onların xəstəliyi daha da kəskinləşir. Amma bu o demək deyil ki, kondisionerdən ümumiyyətlə, istifadə etmək olmaz. Çünki son günlərdə anomal istilər müşahidə olunur. Uşaqların orqanizminin istiyə dözümü yoxdur. Belə havalarda uşaqları gün altına çıxarmaq olmaz. Onlar otaq temperaturunda saxlanılmalıdırlar”.

Xəbər 1035 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +