Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.05.2018  17:34 

Beynəlxalq QALMAQAL: Qırmızı Xaç cinsi istismarla məşğul olub?





A+  A-

Uşaqların cinsi istismarına görə bir neçə nəhəng beynəlxalq təşkilat BMT tərəfindən yoxlamalara məruz qalacaq.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bu kimi beynəlxalq təşkilatlar arasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin adları da var.

Qəzetin məlumatına görə, təqribən 40-a yaxın təşkilat humanitar yardım göstərilməsi müqabilində uşaqları cinsi istismara məruz qoyub.

Bütün bunlar 2002-ci ildə beynəlxalq təşkilat tərəfindən hazırlanmış və tam olaraq nəşr olunmamış hesabatda göstərilib. Hesabatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Bürosu və “Uşaqları qoru” təşkilatlarının 2001-ci ildə Qərbi Afrikada qaçqın düşərgələrində apardıqları araşdırmalar əsas götürülüb.

Sənəd müəllifləri qərara gəliblər ki, bu təşkilatların işçiləri miqrantların uşaqlarını humanitar yardım müqabilində cinsi istismara məruz qoymaqda digərləri ilə bir sırada yer alıblar. Adları çəkilən qurumlar arasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Bürosu və “Uşaqları qoru” təşkilatlarının öz əməkdaşları da daxil olmaqla Ümumdünya Ərzaq Proqramı, Sərhədsiz Həkimlər, Norveç Qaçqınlar Şurası, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti kimi nəhəng humanitar təşkilatlar var.

Hesabatda göstərilir ki, bu hadisələr sona kimi araşdırıla bilməsə də, sənədləşdirilmiş insidentlərin sayı hadisənin miqyasını gözlər önünə qoyur.

İlkin olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Bürosuna 67 nəfərin ismi verilib. Lakin onlardan cəmi 10-u işdən çıxarılıb, qalanlarına qarşı isə heç bir tədbir görülməyib.

Hesabatda qeyd edilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Bürosu bütün adları çəkilən təşkilatları bu məsələ barədə məlumatlandırıb. Bundan sonra adları çəkilməyən üç təşkilat işdən çıxarılma tədbiri görüb, doqquzu təqdim olunan informasiya əsasında günahkarları müəyyənləşdirə bilmədiyini bildirib, daha ikisi isə şərh verməkdən imtina edib. Bəzi təşkilatlar məsələnin şişirdildiyini iddia etdiyi vaxtda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Bürosunundan fakta şərh verərək bildirilib ki, təşkilat cinsi istismarla bağlı sıfır tolerantlıq siyasəti yeridir.

Qeyd edək ki, cinsi istismarla bağı beynəlxalq təşkilatların simasında bu, ilk belə hall deyil. Buna misal olaraq bu ilin fevralında Britaniyanın “Oxfam” təşkilatının Haitidə 2011-ci ildə yüngül əxlaqlı qadınlarla olan analoji qalmaqalını göstərmək olar.

Xəbər 1099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +