Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


25.04.2018  10:18 

Nazim İbrahimovu bitirən FAKTlar





A+  A-

Prezident İlham Əliyevlə daha 7 il hökumətdə təmsil olunmayacaq nazirlərin və komitə sədrləri artıq vəzifələri ilə vidalaşıblar. Onların bəzilərinin vəzifədən uzaqlaşdırılmasının səbəbləri barədə artıq ictimaiyyətə məlumatlar verilməkdədir. Onlardan biri və haqqında ən sərt formada danışılan Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovdur.
N.İbrahimovun vəzifəsinin öhdəsindən vicdanla, ləyaqətlə gələ bilməməsini adi insanlar və aşağı ranqlı məmurlar deyil Prezident Administrasiyasının rəhbəri, dövlət idarəçiliyində bilavasitə iştirak edən Ramiz Mehdiyev səsləndirib. Deməli, R.Mehdiyevin N.İbrahimov barəsində səsləndirdiyi faktlar daha ciddi və əsaslıdır.
R.Mehdiyev diqqəti daha çox diasporun parçalanması, ayrılan maliyyənin ünvanına çatmaması məsələsinə yönəldərək həm də N.İbrahimovun gələcək aqibətinə işarə edib. Yəni demək istəyib ki, “bahalı kostyumlar və qalstuklar həvəskarı” olan N.İbrahimov Prezident İlham Əliyevə və onun diaspor siyasətinə xəyanət edib. Azərbaycan təcrübəsindən də bəlli olduğu kimi, hazırkı komanda kimliyindən və xidmətlərindən asılı olmayaraq xəyanəti bağışlamır və xəyanətkarı ən sərt formada cəzalandırır.
Dövlətin prioritet saydığı, məhz bu sahəni irəli aparmaq üçün illər öncə yaratdığı Komitənin fəaliyyətini iflic edən, məqsədlərindən yayındıran Nazim İbrahimovun qeyri-leqal fəaliyyəti barədə XəzərNews.az-a maraqlı məlumatlar daxil olmaqdadır. Bunlardan da ən maraqlısı və Şeytan əfəndinin də ağlına gəlməyəni uzun illərdir Diaspor Komitəsinə rəhbərlik etmiş N.İbrahimov ağlına gələnidir. Belə ki, N.İbrahimov dünyanın azərbaycanlılar yaşayan müxtəlif ölkələrində köklü və işlək diaspor qurumlarına alternativ təşkilatlar yaradırmış. Heç bir nüfuzu, ofisi və üzvləri olmayan bu təşkilatlara aylıq maliyyə yardımı adı altında da milyonlarla manat pul mənimsənilib. Qarşılığında isə yalnız adı olan, heç bir fəaliyyəti görünməyən təşkilat rəhbərləri haqqında Prezidentə təqdimat göndərərək onlara orden və medallar ərməğan edib, Bakıda və Avropa ölkələrində keçirilən tədbirlərdə iştiraklarını təmin edib. Beləliklə də onları işlək qurumlar kimi göstərməyə cəhd edərək Prezidentin diaspor quruculuğuna kölgə salıb.
Əlbəttə, bütün bu proseslərin həyata keçirilməsində Nazim İbrahimov tək olmayıb. Belə ki, “adı var, özü yox” olan təşkilatların müxtəlif ölkələrdə ərsəyə gəlməsində Nazim İbrahimova Azərbaycanın bu dövlətlərdəki səfirləri də dəstək göstərib. Səfirlər N.İbrahimovun xahişləri əsasında diqqəti daha çox “adı var, özü yox” olan təşkilat sədrlərinə cəlb edərək yaşadıqları ölkələrdə yaşayan azərbaycanlılar arasında onları sədr kimi sığortalamağa çalışıblar. Bu da zaman-zaman narazılıqlar yaradıb, xaricdə yaşayan azərbaycanlıların təşkilatlarda birləşmək, vahid ideya ətrafında mübarizə aparmaq siyasətini darmadağın edib. Nəticədə, yaxın-uzaq xarici ölkələrdə məhz azərbaycanlılar arasında dövlətimizə, onun Prezidentinin diaspora siyasətinə qarşı inamsızlıq baş qaldırıb.
Əldə etdiyimiz digər bir məlumata görə, hazırda N.İbrahimovun sadaladığımız bu və ya digər çirkin əməlləri araşdırılır. Bütün bu araşdırmalardan yeni təyin olunan komitə sədri Fuad Muradov belə kənarda saxlanılır. Fuad Muradova isə birbaşa Prezident tərəfindən Nazim İbrahimovun dövründə baş verən biabırçılıqların aradan qaldırılması tapşırılıb.
Qeyd edək ki, F.Muradovun Komitədə “təmizləmə” işləri aparacağı qaçılmazdır. Əgər yeni sədr illərdir N.İbrahimovun “şinelinə” bürünərək onun təlimatları ilə diaspor quruculuğuna zərbə vuran sədr müavinlərini, şöbə müdirlərini yola salmasa qarşısına qoyulan tapşırıqların daha uğurla həllində problemlər yaşayacaq.

Xatırladaq ki, dünən Fuad Muradovu kollektivə təqdim edən Ramiz Mehdiyev Nazim İbrahimova qarşı aşağıdakı ittihamları səsləndirib:



1. Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib. Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər;
2. Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib;
3. Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib;
4. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları öz ünvanına çatmayıb.


Məzahir
XəzərNews.az



Xəbər 2209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +