Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.03.2018  15:48 

“Ərimin keçmiş arvadı məni şantaj edir“ - VİDEO





A+  A-

Əməkdar artist Naibə Allahverdiyeva həyat yoldaşının keçmiş xanımı haqda danışıb.
XəzərNews.az xəbər verir ki, “APA TV”-nin “Show time” verilişinə qonaq olan N.Allahverdiyeva bildirib ki, həyat yoldaşının keçmiş xanımı onu şərləyib:

“Məndən şikayətçi deyil. Sadəcə, o, böhtan xarakterli bir yazını mənim ünvanıma yazdırdı. O bilirdi ki, mən tanınmış bir fiquram. Bunun vasitəsi ilə mənə təsir etmək istəyirdi. Burda söhbət əmlak məsələsindən gedir. Bu insan mənim qayınatama məxsus bir əmlaka sahib çıxmaq istəyir. Qanunla onun buna ixtiyarı yoxdur. Çünki o, 2013-cü ildə mənim yoldaşımdan boşanıb. Bunun isə mənə heç bir addiyyəti yoxdur. Bu, onların keçmiş həyatı olub. Bu gün mən bura nikah şəhadətnaməsi ilə gəlmişəm. O, saytlara açıqlama verib ki, guya mən onun ailəsini dağıtmışam. Amma onun özü mənim yoldaşımdan boşanıb. Yəni o boşanmadan yoldaşımın xəbəri olmayıb. Mən yoldaşımla 2016-cı ildə Siyəzəndə restoranların birində tanış olmuşam, ailə qurmuşuq. Düz 2 ildən sonra bu mövzuları mətbuata çıxartmaq düzgün deyil. Hətta açıqlama verib ki, həyat yoldaşım onu döyürmüş. Əgər yoldaşım pisdirsə, canını qurtarıb. Bəs məndən nə istəyir? Onun bir məqsədi var, istəyir ki, mənə təsir eləsin və qayınatamın evini ələ keçirsin. Qayınatamın da bir evi var, 2 dənə də yetim uşaq saxlayır. Bütün övladları da həmin evdə qeydiyyatdadır. İndi də həmin ev plana düşüb, şirkət tərəfindən sökülüb. Şirkət də müqaviləni həyat yoldaşımın keçmiş xanımı ilə bağlayıb. Bu da qanun pozuntusudur. Özü də mənə deyir ki, mən qayınatama deyim ki, evi bunlara versin, yoxsa məni biabır edəcək. Bir sözlə məni şantaj edir. Deyir ki, qayınatanı yola gətirməsən, səni hər yerdə biabır edəcəm”.

Qeyd edək ki, N.Allahverdiyeva Yusif İsmayılov adlı şəxslə ailəlidir. Əməkdar artistin ailə qurduğu şəxsin keçmiş xanımı Nərgiz Əliyeva mətbuata açıqlama verərək bildirmişdi ki, N.Allahverdiyeva onun ailəsini dağıdıb.


Xəbər 1546 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +