Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


05.02.2018  14:23 

Əmlak Komitəsi hərrac keçirəcək





A+  A-

Martın 6-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmə ilə bağlı növbəti hərrac keçiriləcək.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, investorların özəlləşmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi artırılıb. Belə ki, növbəti hərraca 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 42-i kiçik dövlət müəssisəsi, 82-i qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 17-i xidmət, 8-i kənd təsərrüfatı, 5-i iaşə, 6-sı təmir, qalanları isə sənaye sahəsinə aiddir.

Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərə Gəncə şəhərində yerləşən 69 saylı ictimai iaşəni nümunə kimi göstərmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 164,2 kv.m-dir. Həmin obyekt investorlar üçün iaşə sahəsində əlverişlidir.

Bundan başqa xidmət sahəsində də investorları cəlb edəcək əlverişli əmlaklar var. Yevlax şəhərində yerləşən 50 saylı mağaza belə obyektlərdəndir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 230 kv.m-ə yaxındır.

Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. “Qazax ərazi yun tədarükü və qəbulu idarəsi” belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 562.5 kv.m, torpaq sahəsi isə 17 min kv.m-ə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.

Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Daşkəsən rayonunda yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın, torpaq sahəsi isə 40 min kv.m-dən çoxdur. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Kirayə Təmir Sahəsi də əlverişli əmlaklardandır. Adı çəkilən əmlak Neftçalada yerləşir. Ərazi baxımından kifayət qədər optimal obyektdir. Həmin əmlakın torpaq sahəsi 11 min 500 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 300 kv.m-dən çoxdur.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə sırasında “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bunlardan 13-ü Bakının Nərimanov, 11-i Binəqədi, 6-ı, Yasamal qalanları isə Sabunçu, Nizami, Qaradağ, Səbail, Xətai və Pirallahıda yerləşir. Regionlar üzrə qeyri-yaşayış sahələri Gəncədə, Sumqayıtda, Ucarda, Mingəçevirdə və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kv.m ilə 420 kv.m arasında dəyişir.

Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1372 manatla 2595 manat arasında dəyişir. İstehsal tarixləri isə 2008-2009-cu illəri əhatə edir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/http://modern.az/az/content/article?layout=edit&id=3525

Qeyd edilməlidir ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.

Özəlləşmə prosesini sürətləndirən yenilik olan Elektron hərracın köməyi ilə də özəlləşdirilmə prosesi daha da sürətlənir. Bununla istənilən şəxs, ölkə daxilində və ya xaricində istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.

Xəbər 1056 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +