Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


04.02.2018  18:16 

Ziya Məmmədov və Eldar Mahmudovun oğullarına bəd xəbər





A+  A-

Böyük Britaniya hökuməti hələ ötən ilin aprel ayında korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaratmaq qərarı vermişdi.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, reyestrə Londonda offşor şirkətlərin vasitəsilə mülk və mənzillər alan oliqarxların, xarici hökumət məmurlarının ad və soyadları daxil edilib.

“The Times” o zaman yazırdı ki, Londonun elit “The London City İsland2 yaşayış kompleksindəki çoxmərtəbəli binalardakı mənzillərin sahiblərinin əksəriyyəti xaricilərdir. Məsələn, yaşayış kompleksindəki yeni istifadəyə verilən 29 mərtəbəli, 289 mənzilli binada mənzillərin cəmi ikisi Böyük Britaniya vətəndaşına məxsusdur. Bu binadakı qalan mənzillər Azərbaycan, Çin, Yaponiya, Zimbabve də daxil olmaqla 18 xarici ölkənin vətəndaşları tərəfindən alınıb.

Bildirilir ki, Londonda mənzil alan oliqarxlar və xarici məmurlar onları əsasən Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş hansısa offşor şirkətlərin adlarına rəsmiləşdirirlər. Bu səbəbdən onların əsl sahibinin kimliyini bir çox hallarda müəyyənləşdirmək mümkün olmurdu. Yeni qanuna isə Londonda dəbdəbəli mülklərin və mənzillərin sahibi olanlar öz kimliklərini gizlətməyi yasaqlayır.

Britaniya hakimiyyəti ötən həftə qüvvəyə minmiş və mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan yeni qaydalar əsasında da oliqarxları hədəfə alacaq. Böyük Britaniya ərazisində dəbdəbəli həyat tərzi keçirən və korrupsiyada şübhəli sayılan zəngin xarici vətəndaşlar bu sərvətin mənbəyini əsaslandırmalı olacaqlar. Virtualaz.org yazıb ki, bu barədə Britaniyanın təhlükəsizlik naziri Ben Uolles “The Times”ə bildirib.

Məlumata görə, bu qaydalar Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir.

Bildirilir ki, bu yoxlamalar Rusiya, Çin və Yaxın Şərqdən olan investorlara tətbiq ediləcək. Söhbət Londonda daşınmaz əmlaka milyard dollar sərmayə qoyan oliqarxlardan gedir.

Ben Uolles qeyd edib ki, Rusiyadan xarici banklar, o cümlədən Britaniya bankları üzərindən on milyardlarla dollarlar xaricə çıxarılıb.

Britaniyanın mütəşəkkil cinayətkarlıq üzrə Milli agentliyinin məlumatına görə bu ölkə üzərindən hər il orta hesabla 127 milyard dollar “yuyulur”. Lakin agentlik bu rəqəmi də aşağı sayaraq ehtimal edir ki, Britaniya offşorları üzərindən yuyulan çirkli pulların məbləği bundan da çox ola bilər.



Adları korrupsiyada hallanan bəzi azərbaycanlı oliqarxların və iş adamlarının Londonda dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyi (“National Crime Agency”) 2016-cı ildə yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda sabiq MTN şefi Eldar Mahmudov və oğlu Anar Mahmudovun, Beynəlxalq Bankın həbsdəki sabiq rəhbəri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyevanın adı vardı.

Ötən ilin yanvarında isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur.



Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır.

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, məhkəmənin hökmü ilə 15 il azadlıqdan mərhum edilən Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva barəsində isə istintaqdan yayınması haqda məhkəmə qərarı var.

Bu məhkəmə qərarından sonra isə məlum olmuşdu ki, Zamirə Hacıyeva on ildən artıqdır Britaniyada yaşayır və oranın vətəndaşıdır.

Xəbər 795 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +