Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.02.2018  10:48 

Yol polisi sürücü və piyadalara MÜRACİƏT ETDİ





A+  A-

"Paytaxtın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. Bu məsuliyyət o qədər həssas məqamdır ki, ictimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq. Əgər şəxs – sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, hüquq və vəzifələrə görə məsuliyyət yaranır".
XəzərNews.az bildirir ki, bunu Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, nəhəng meqapolisə çevrilən, 674 min avtomobilin istifadə olunduğu, 655 yolayrıcı, 70 piyada keçidinin, svetoforla tənzimlənən 319 yol, 83 dəmiryolu ilə avtomobil yolunun kəsişməsinin, 69 tunel və körpünün mövcud olduğu paytaxt Bakıda insanlar hüquq və vəzifələrinə diqqətli yanaşmalıdır:

"Əsas Qanun tələb edir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Yəni hüquqlardan sui-istifadəyə yol verilmir. İndiki halda paytaxtın 2244 km məsafədə olan yol şəbəkəsinin son beş ildə hadisələr üzrə təhlili göstərir ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyatsızlıqdır".

Bölmə rəisi əlavə edib ki, əsasən ehtiyatsızlıqdan 2017-ci ildə Bakı şəhərində 646 yol qəza hadisəsi qeydə alınıbsa, nəticədə 207 nəfər insan təlafatı baş veribsə, bu, təkcə dövləti, yol polisini qayğılandırmır, eləcə də həmin şəxsin üzvü olduğu ailənin faciəsinə səbəb olur, cəmiyyəti narahat edir: "Başqa sözlə deyək ki, əgər hadisələrdə 552 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alırsa, həmin şəxs ömür boyu düşdüyü hadisəni, yaxud bais olduğu qəzanın izlərini daşıyır".

Polis polkovnikinin sözlərinə görə, təqsirli olaraq, ehtiyatsızlıqdan törədilən ölümlə nəticələnən nəqliyyat hadisələri üzrə 2013-cü ildən dövlət tərəfindən həyata keçirilən sistemli və qabaqlayıcı profilaktik tədbirlər göstərir ki, hərəkət iştirakçılarının təhlükəsizliyinin mühafizəsi səmərəli olub: "Xüsusilə, ölən və yaralananların statitistikasını son 5 illə müqayisə etsək görərik ki, onların sayında azalma müşahidə olunur. Müqayisəli rəqəmlər – 2013-cü ildə 1011 yol-nəqliyyat hadisəsində 342 nəfər insan tələfatı olub, 1000 nəfər yaralanıb. Yəni beş il əvvəlki ilə müqayisədə hadisələrin sayı, ölüm və xəsarət faktları azalıb. Beş il əvvəl Bakıda 520 min qeydiyyatda olan avtomobilin hərəkət etdiyi yolların uzunluğu 2100 km, 640 yolayrıcı, 60 yeraltı və yerüstü piyada keçidi, svetoforla tənzimlənən 282, 62 dəmiryolu ilə avtomobil yolunun kəsişməsi, 67 tunel və körpü ilə əhatə olunurdu.

Daxili İşlər Nazirliyində, yol polisində aparılan ümumiləşdirmələrdən çıxan nəticə, məhkəmə təcrübəsi ilə yekunlaşan qərar və hökmlər də subut edir ki, avtomobil yollarında hərəkət iştirakçılarının əsas təqsiri ehtiyatsızlıqdır ki, istər sürücü olsun, istərsə də piyada ictimai qaydaya diqqətli yanaşmalıdır. Hər bir halda qanunla yolda hərəkət iştirakçısına çevrilən insan şəxsi məsuliyyətini həyat amalına çevirməlidir".

Xəbər 835 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +