İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


11.01.2018  13:46 

“Cümhuriyyəti quranların heç birinin ölkədə məzarı yoxdur”





A+  A-

Tarixçi-alim, “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri” Nəsiman Yaqublu 2018- ci ilin ölkədə “Cümhuriyyət ili” elan edilməsindən danışıb.
XəzərNews.az bildirir ki, N. Yaqublu “Qafqazinfo”ya açıqlamasında ölkə başçısı tərəfindən irəli sürülən bu addımı alqışlayıb: “Bu böyük bir hadisədir. Mən 6 ay bundan əvvəl ölkə başçısına rəsmi şəkildə Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə bağlı təkliflərimi rəsmi şəkildə göndərmişdim. Təkliflərimin üzərində yenə də qalıram. Həmin tədbirlərin görüləcəyi təqdirdə biz “Cümhuriyyət ili” nin effektiv məzmununu həyatımızda hiss edəcəyik.

Birincisi, Cümhuriyyəti quranların irsi çap edilməlidir. Onların irsi bir neçəsi istisna olmaqla çap edilməyib. İkincisi, onların Azərbaycana məzarlarının gətirilməsi məsələsi həll edilməlidir. Çünki Azərbaycanda Cümhuriyyəti quranlardan heç birinin demək olar ki, məzarı yoxdur. Bu məsələyə diqqət yetirmək lazımdır.

Üçüncüsü, onların yaşadığı binalara xatirə lövhələri vurulmalıdır. Məsələn, Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski bu evdə yaşayıb. Dördüncüsü, ən azı bunların hamısının adını, fəaliyyətini əks etdirən memorial muzey tikilib yaradılmalıdır. İnsanlar ora gedib həmin şəxsiyyətlərin fəaliyyətlərini görməlidir. Nəhayət, o fikri bir daha vurğulmaq istəyirəm ki, 1918- ci ildə təkcə Qafqazda Azərbaycan öz Cümhuriyyətinin yüz illiyini qeyd etmir. Gürcüstan, Ermənistan da yüz illiyə hazırlaşır. Yəni, bu hadisə bir növ demokratiya yarışına çevriləcək. Ona görə də biz elə işlər görməliyik ki, bu yarışda Gürcüstana, Ermənistana uduzmayaq. Qafqazda demokratik bir dövlətin qurulmasının adımızla bağlı olduğunu dünya ictimaiyyətinə çatdıraq.

Dünya ictimaiyyətinə Cümhuriyyətin yüz illiyini həm də bu cür təqdim edə bilərik ki, 1920- ci ildə yanvarın 11-də Fransa, İngiltərə kimi dövlətlər Azərbaycan Xalq Cümhuriyyətini qarabağlı, zəngəzurlu bir cümhuriyyət kimi tanıyıblar. Həmin o Cümhuriyyətin tərkibində olan Qarabağı bu gün ermənilərin işğalı altındadır. Bu çox mühüm məsələdir.

Digər tərəfdən isə bütün mətbuatda, elektron KİV vasitələrində ziyalılarımız, jurnalistlərimiz bir vicdanı borc olaraq Cümhuriyyətə aid yazılarla çıxış etməlidir. Cümhuriyyət haqqında təbliğat işləri görülməlidir. Yəni, biz 2-3 aylığa televizyalar şou proqramlarını kənara qoyub ciddi verilişlər, yazılar hazırlamalıdır”.

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +