Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.01.2018  12:26 

Polis narkoticarətçilərə qarşı əməliyyat keçirdi





A+  A-

Ötən gün polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri uğurla nəticələnib, 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Əzimov saxlanılıb. Baxış zamanı ondan 510 qram heroin aşkar edilərək götürülüb.

Bakı şəhər sakini Yaqub Yunusov isə Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Üzərinə baxış zamanı 400 qram marixuana aşkar edilib.


Həyata keçirilən əməliyyat tədbirləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Elbrus Orucovdan 205 qram marixuana, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuş Seymur Talıbovdan 120 qram, qardaşı, əvvəllər məhkum olunmuş Kəmaləddindən 114 qram tiryək, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Musayev saxlanılıb, ondan 483 qram marixuana götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

Xəbər 991 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +