İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


13.12.2017  10:27 

Dünyanın “Yaxşı ölkələri” açıqlandı - Azərbaycan neçənci yerdədir?





A+  A-

Ekspertlər hesab edir ki, tək iqtisadi məsələ götürülsəydi, ölkəmiz ön sıralarda olardı
Dekabrın 11-də “Yaxşı ölkə” indeksi açıqlanıb və Azərbaycan 163 ölkə arasında 89-cu yerdə qərarlaşıb. Bu indeksin məqsədi hər bir ölkənin bəşəriyyətə nə verdiyinin və ölçüsünə uyğun olaraq nə aldığının öyrənilməsidir. İndeks BMT-nin və digər beynəlxalq qurumların məlumatları əsasında hazırlanır, ayrı-ayrı ölkələrin bəşəriyyətin təmiz kreditoru, yoxsa planetə yük olduğu, yaxud bu ikisinin arasında yerləşdiyini üzə çıxarır.

XəzərNews.az-ın musavat.coma-a istinadən məlumatına görə, indeksin məqsədi odur ki, ölkələrin öz vətəndaşları və dünya qarşısında məsuliyyətlərini necə balanslaşdırmaları üzrə qlobal müzakirələr başlansın. İndeks müəllifləri hesab edirlər ki, bu, bəşəriyyətin gələcəyi və planetin sağlamlığından ötrü vacibdir. 35 indikator əsasında hazırlanmış indeksdə ilk üçlükdə Niderland, İsveçrə və Danimarka yer alıb. “Yaxşı ölkə” indeksinin yaradıcısı Simon Anholt deyib ki, uğurlu ölkə “bəşəriyyətin xeyrinə töhfəsini verən ölkədir”. Beləliklə, ilk 10 “yaxşı ölkələr” bunlardır: Niderland, İsveçrə, Danimarka, Finlandiya, Almaniya, İsveç, İrlandiya, Birləşmiş Krallıq, Avstriya və Norveç.

Azərbaycan 163 ölkə içində 89-cu yerdədir. Qonşulardan Ermənistan 75, Gürcüstan 57, Rusiya 65, İran 131, Türkiyə 38-cidir. Azərbaycan elm və texnologiya üzrə qlobal töhfəyə görə 129, mədəniyyət sahəsində - 139, beynəlxalq sülh və təhlükəsizlikdə - 42, dünya düzəninə töhfəyə görə 132, planet və iqlim kateqoriyasında 29, rifah və bərabərlik üzrə 86, səhiyyə və sağlamlıq üzrə 89-cu yeri tutub. Mədəniyyət kateqoriyasında hərəkət azadlığı, viza məhdudiyyətləri, mətbuat azadlığı, elm və texnologiya bölməsində beynəlxalq tələblər, beynəlxalq nəşrlər, patentlər və digər amillər öyrənilir. Birləşmiş Ştatlar 25-ci yerdədir. İndeksdə sonuncu 163-cü yeri isə Əfqanıstan tutub.

İqtisadçı ekspert Natiq Cəfərli bunu tam bir elmi araşdırma kimi qəbul etməyin doğru olmadığını dedi: “Bu indekslərin hazırlanmasında müxtəlif indikatorlardan istifadə olunur. O indikatorlar ölkə ərazisində təhsilin, səhiyyənin, minimumum əmək haqqının, minimum təqaüdün səviyyəsini, məhkəmə sistemini nəzərə alır. Yəni institusional olaraq ölçülər aparılır. İstər Azərbaycan olsun, istərsə də digər ölkələr, indeksləşmə aparılarkən institutların necə çalışdığının ölçüsünü aparırlar. Ondan sonra belə bir indeksin yaranmasına səbəb olur. Bunu tam bir elmi araşdırma kimi qəbul etmək doğru deyil. Amma ən azından dünyada seçilən və nəzər yetirilən indekslərdən biridir. Azərbaycanda ən böyük problem institusional problemdir. Yəni institutların çalışmasıdır. İndekslərin formalaşmasında bu çox önəmlidir. Təhsil institutunun, səhiyyənin, məhkəmələrin, iqtisadi institutların, iş yerləri, dolanışıqla bağlı olan bütün indikatorlar hesablanarkən ortalığa belə bir rəqəmlər çıxır. Burada tək iqtisadi məsələ götürülsəydi, Azərbaycan ən azından Ermənistandan qabaqda olardı. Çünki iqtisadi göstəricilər hələ də bizdə Ermənistandan daha yaxşıdır. Deməli, tək iqtisadiyyat deyil, institusional dəyişikliklərin olması insanların özünü rahat, xoşbəxt, ədalətli mühitdə hiss etməsi ilə ölçülür. Bu barədə Azərbaycanda problemlər var”.

Sosioloq Əhməd Qəşəmoğlu bu indekslərin hesablanmasında subyektivlər və dəqiq olmayan məsələlərin çox olduğunu bildirdi: “Bu barədə Birləşmiş Millətlər Təşkilatının nümayəndələrinin də iştirak etdiyi bir tədbirdə çıxış etmişəm. Ola bilsin ki, indekslərin dəqiqləşməsi sahəsində gələcəkdə onlarla mənim bir əməkdaşlığım da oldu. Bu indekslərə diqqət etsəniz, mənəviyyatı da nəzərə ala bilən tərəflər yoxdur. Orada, sadəcə, həyat səviyyəsi, sosial problemlərlə bağlı bəzi şeylər vardı. Məsələn, Norveç həmişə qabaqda olur, bu ölkə bir çox sahələrdə üstün olsa da, mənəvi-əxlaqi tərəfdən ortaya həmişə suallar çıxaran bəzi şeylər olur, digər ölkələrdə də həmçinin. Yəni demək istəyirəm ki, bu indekslərin özü mükəmməl deyil. Bayaq da dediyim kimi, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə də bu barədə söhbətim olub”.

Ə. Qəşəmoğlu ümumən götürdükdə bu yerdə olmağımızın ürəkaçan olmadığını dedi: “Digər tərəfdən, bizdən öndə olan ölkələr barədə ətraflı məlumatım yoxdur ki, sizə deyim doğrudan da onlar bizdən üstündür ya deyil. Amma biz də tənqid olunası, düzəldiləsi, arzu olunan səviyyəyə çatmaq üçün yəqin ki, çoxlu problemlər var ki, yuxarıda deyilik. Əgər 100-ə qədər eniriksə, demək ki, bizdə həyat səviyyəsi, güzəranla bağlı, bəlkə səhiyyə, bəlkə təhsillə bağlı problemlər var. Biz, də 10 milyona yaxın əhali var və bunun içərisində təbii ki, sosial vəziyyəti ağır olanlar da var və sairə. Mən bu suala o vaxt müfəssəl cavab verə bilərəm ki, o biri ölkələrdəki məlumatlar da əlimin altında olsun. Ümumən isə təbii ki, bu yerdə olmağımız o qədər də ürəkaçan deyil”.

Xəbər 1584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +