İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


27.10.2017  14:16 

Yeni sözlər niyə lağlağaya çevirildi? - Cavab





A+  A-

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında bəzi alınma sözlərin Azərbaycan dilindəki qarşılığının müəyyənləşdirilərək, təsdiqlənməsi dünəndən müzakirə obyektinə çevrilib.
Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı bunlardır: “Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc”, “maus” – “bələdçi”.

Alınma sözlərin azərbaycanca qarşılığı ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb və bu sözlərin əvəzləyiciləri sosial çəbəkələrdə gülüş obyektinə çevrilib.

XəzərNews.az xəbər verir ki, Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova Modern.az-a açıqlamasında həmin sözləri təklif kimi səsləndirdiklərini və hələ təsdiqlənmədiyini vurğulayıb.

“Komissiyanın yeni sözlərlə bağlı təklifi tövsiyə xarakteri belə, daşımır. Amma mətbuat dünəndən təklifi təsdiq kimi təqdim edir. Bu da ictimaiyyət arasında narazılıqla qarşılanıb. Elə biliblər ki, həmin siyahıda olan yeni sözlər artıq Terminologiya Komissiyası tərəfindən təsdiq olunub. Biz bunu təklif olaraq ziyalıların ixtiyarına buraxmışıq ki, onların fikirlərini eşidək. Sovet dövründə belə bir ənənəmiz vardı. Həmin ənənəni yenidən həyata keçirmək istəyirik. O zamanlar Terminologiya Komissiyasının poçt şöbəsi vardı. Bütün təkliflər ora daxil olurdu. Hər ay hər bir söz haqqında təkliflər səsləndirirdilər. Həmin təkliflər əsasında o sözləri müzakirə edib, hansının daha yaxşı ifadə olunduğu təsdiqini tapırdısa, o da qəbul olunurdu. Bu proses çoxdandır ki, getmir. Çalışacağıq ki, bunu bərpa edək.

Ona görə də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun başçılığı ilə mətbuat konfransı keçirildi. Konfransda televiziya və yazılı mətbuatda alınma sözlərin ayaq açdığı bildirildi. Biz də gördük ki, mətbuatda “evakuasiya” - “köçürülmə”, “kserokopiya” – “üzçıxarma” kimi sözlər paralel şəkildə işlənib. Oxuyan başa düşmür ki, bu, hansı mənanı ifadə edir. Hələ xahiş etdik ki, Terminologiya Komissiyası bu yeni sözləri təklif edib, təsdiq kimi yazmayın. Bu, sadəcə olaraq təklif olunub. Məsələn, “siçan” sözü verilib. Müəssisədə birinin “siçan” aləti - “maus”u xarab olur və yanındakına deyir ki, “mənə bir ədəd siçan ver”. Bu düzgün deyil axı?! “Bələdçi” sözü də düzgün deyilsə, o zaman daha yaxşısını təklif etsinlər”.

Sayalı Sadıqova deyir ki, hansısa sözün əvvəlki kimi təqdim olunmasına görə, nə mətbuat orqanlarının, nə də digərlərinin cərimə olunması məsələsi var.

“Hələ bu məsələ təsdiq olunmayıb. Müzakirə olunur. Müzakirə olunandan sonra hansısa sözlər qəbul olunacaq . Hansısa sözün işlək ola bilməsi mətbuat nümayəndələrindən asılıdır. “Kompüter” və “bilgisayar” sözləri yanaşı işlənirdi. “Bilgisayar” dildən çıxdı və “kompüter” qaldı. Yəni insanlar “bilgisayar” sözünü işlədə bilmədi. “Öncəgörmə” - “proqnoz” sözləri də narazılıqla qarşılanıb. Halbuki, “öncəgörmə” sözü “proqnoz” kimi heç vaxt istifadə oluna bilməz. Onunla yanaşı işlənsə də, “proqnoz” qalacaq. Biz kiməsə məcbur edə bilmərik ki, siz bu sözü işlədin. Bu yeni sözləri söz halına salan cəmiyyət və ziyalılardır. Dahi şairimiz Səməd Vurğun “sayrışan” sözünü işlədəndə hamı bu sözə qəribə baxırdı. İndi “sayrışan” ədəbi dildə işlənən ən yaxşı sözlərdəndir. Ziyalılarımızın hər sözün yeni qarşılığına düzgün reaksiya verməsini xahiş edirik. Tənqid etmək əvəzinə, təklif versinlər, bəlkə “adapter” sözünə daha yaxşısını deyəcəklər?!”

Xəbər 1200 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +