Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Formu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


25.09.2017  13:52 

AzTV sədri bu qədər imkana necə sahib olub?





A+  A-

Son günlər Arif Alışanovun biznesi ilə bağlı yayılan xəbərlər AzTV sədrinin bu qədər imkana necə sahib olması məsələlərini gündəmə gətirib. İctimaiyyət təkcə Şamaxıda torpaq alqı-satqısına yönəldilən 5 milyon manat vəsaitin cüzi rəqəm olduğu qənaətindədir. Ölkə mətbuatı haqlı olaraq televiziyaya ayrılan pullardan toplanan bu varidatın əsas qaynağının tenterlər vasitəsi ilə əldə olunduğunu yazır.
Bir az əvvəl gununsesi.info (http://www.gununsesi.info/arif-alisanov-maliyy%C9%99-yeyintil%C9%99rinin-izini-itirm%C9%99y%C9%99-calisir/) maraqlı bir araşdırma aparmışdı. Həmin araşdırmada qeyd olunurdu ki, AzTV-nin son 11 ildə dövlətdən aldığı 704 milyon AZN vəsaitin təxminən 158 milyon AZN-i əsasən, naməlum xarici şirkətlər vasitəsilə “xərclənib”. A.Alışanov belə faktların detallı şəkildə üzə çıxmaması üçün xüsusi elçiləri vasitəsilə Maliyyə Nazirliyi və Hesablama Palatasının saytlarında AzTV-nin maliyyə əməliyyatları ilə bağlı məlumatları sildirməyə çalışır. Maliyyəçi sədrin ən ciddi problemi isə Satınalamalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrləri bazasındakı məlumatlarıyla bağlıdır. A.Alışanovun son 5-6 ildəki alqı-satqılarının siyahısı və ofşor şirkətləri ilə apardığı əməliyyatlar barədə əsas bilgilər də, məhz, bu məlumat bazasındadır.



Həmin bazadakı məlumatlara görə AzTV son illərdə Bırləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Meksika, hətta İndoneziya şirkətlərindən tele-radio avadanlığı alıb. Qəribə burasıdır ki, həmin şirkətlərin çoxu AzTV ilə 6-7 milyon dollarlıq alqı-satqı aparandan sonra yoxa çıxıblar.
Məsələn, telekanal 2011-ci ildə avadanlıq almaq üçün ayrılmış 6,6 milyon AZN-lik vəsaitin 1 milyon 144 min AZN-nə Vircinya adalarında qeydiyyatdan keçmiş, amma adicə veb-saytı belə olmayan “Broadcast Premium Solutions Ltd”dən guya virtual studiya, 3G şəbəkə sistemi, videokasetlər və s. alıb. Nə baş veribsə, bu “uğurlu” əməliyyatdan az sonra həmin şirkət yoxa çıxıb.
A.Alışanovun videokaset üçün 972 689 AZN verdiyi podratçı “Quattro Technologies İnc” şirkəti də müəmmalı şəkildə eyni taleni yaşayıb. Yaxud “Sandler Expert Limited”, guya Yeni Zelandiyada yerləşən bir şirkətdir. Opencorporates.com saytında 2008-ci ildə yaradıldığı, 6 iyul 2011-ci ildə bağlandığı göstərilir. Şirkət Arif Alışanovla 296 000 dollarlıq sövdələşmədən sonra ləğv olunub. AzTV-dəki mənbə sonuncu qurumdan faktiki olaraq heç nə alınmadığını və belə yalançı şirkətlərin yalnız pulların nağdlaşdırılması məqsədi ilə yaradıldığını bildirir.
Verilən məlumata görə hazırda A.Alışanov BƏƏ-nin ofşor zonalarındakı ticari işlərə aidiyyatı olmayan “Polygon…”, “Gentech Fze” və adı heç bir axtarış sistemində çıxmayan “Rubicon General Trading LLC” şirkətləri ilə apardığı maliyyə əməliyyatları barədə baza məlumatlarını sildirməyə çalışır.


XəzərNews.az

Xəbər 1865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +