Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


25.09.2017  13:49 

Payız bu il niyə gec gəldi?





A+  A-

Azərbaycanda bu il sentyabr ayında havanın temperaturunun enməsi prosesi ləngiyib.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, hər il sentyabrda havanın temperaturunun aşağı düşməsi sentyabrın əvvəllərində baş verirdi: "Bu il isə bu proses təxminən 20 gün ləngidi. Havanın temperaturunun enməsi sentyabrın 20-dən sonra baş verdi".

M.Həsənov əlavə edib ki, bu il sentyabrın 20-dək olan dövrdə hər gün havanın orta temperaturu əvvəlki illərin sentyabr ayı üçün olan orta rəqəmlərə nisbətən 2-3 dərəcə yüksək qeydə alınıb.

Onun sözlərinə görə, ümumilikdə iqlim dəyişmələri ilə əlaqədar bu il sentyabr ayı iqlim normalarına nisibətən isti keçib.

Hazırkı havanın sentyabr üçün xarakterik olduğunu deyən M.Həsənov qeyd edib ki, sentyabrda cənub istiqamətindən gələn hava kütlələri üstünlük təşkil edib. Ona görə də cənub və cənub-şərq istiqamətli, yəni tropik hava kütlələrinin ərazidə müşahidə edilməsi daha uzunmüddətli olub:

"Bu səbəbdən havanın temperaturu normaya nisbətən 2-3 dərəcə yüksək qeydə alındı. Bütün bunlar iqlim dəyişmələrinin nəticəsidir. İndi isə şimal-qərb hava kütlələrinin daxil olması gözlənilir. Ona görə də bu hava sentyabr ayı üçün səciyyəvidir”.

Qeyd edək ki, sentyabrın 23-ü gündüzdən başlayaraq, ölkə ərazisində hava qeyri-sabit keçir. Sinoptiklərin verdiyi məlumata görə, sentyabrın 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirmişdi ki, Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilib. Sonuncu dəfə Bakıda 2003-cü ilin sentyabr ayının ilk ongünlüyündə uzun müddətli isti hava şəraiti müşahidə edilib: "Bu il isə sentyabrda daha uzun müddətli istilər müşahidə edilir. Yalnız sentyabrın 7-8-də qeyri-sabit hava şəraiti müşahidə edilib. Həmin günlər istisna olmaqla, qalan günlərdə hava isti keçib. Bundan əlavə, havada rütubətin miqdarının da 2003-cü ilə nisbətən normadan daha artıq olması istilik effektini həmin illə müqayisədə artırıb”.

Xəbər 2142 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +