Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


29.08.2017  10:26 

8 bala qədər zəlzələlər ola bilər





A+  A-

“Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda aktiv zəlzələ ocaqları çoxdur: “Azərbaycanda həmişə olduğu kimi, seysmik təkanlar qeydə alınır. Zəif zəlzələlər kifayət qədər çox olur və həmişə də olacaq. Orta güclü zəlzələlər bir qədər azdır. Ümumiyyətlə, dünya sistemində də güclü zəlzələrin zəiflərə nisbətən az olduğu müşahidə edilir. Bu mənada zəlzələ ilə bağlı proqnoz vermək mümkün deyil və proqnozlarla çıxış edənlərə inanmaq olmaz. Adətən seysmoloq olmayanlar bu cür fikirlər səsləndirirlər.

Düşünürəm ki, heç yaxın 50-100 il ərzində də bu cür proqnozlar reallaşmayacaq. Zəlzələlər adi qaydada davam edir. Yerin daxili qatlarında potensial enerji var və onlar kritik həddə çatanda zəlzələ baş verir. Ola bilər ki, tam sakitliyə rəğmən zəlzələ baş versin. Yəni meyarlar tam müəyyən olunmadığı üçün zəlzələ proqnozu verə bilmərik”.

T. Məmmədli qeyd edib ki, Xəzər dənizində müşahidə edilən zəlzələlər bir qədər fərqlidir: “Xəzər dənizdə tez-tez zəlzələlər baş verir. Bunun da səbəbi həmin ərazinin aktivliyidir. Qurudan fərqli olaraq burada baş verən zəlzələlər nisbətən dərində olur. Əgər Azərbaycanın quru ərazilərində zəif zəlzələlər 30-35 km-ə qədər dərinliyə yayılırsa, Xəzər dənizində bu rəqəm 60 km-ə qədər olur. Amma güclü zəlzələlər quru ərazidə 10-15 km , Xəzər dənizində 30-35 km olur.

Azərbaycanda zəif təkanlar həmişə çox olur, güclülər isə nadir hallarda. Bu, seysmikliyin ümumi qanunauyğunludur. Ölkədə aktiv zəlzələ olcaqlarının konkret sayını demək olmasa da, çox olduğunu qeyd etmək lazımdır. Şamaxı, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala, Quba, Sabirabad, Zərdab, Lənkəran, Yardımlı, Masallı və digər bölgələrdə aktiv zəlzələ ocaqları var. Xəzər dənizində də beş-altı potensial zəlzələ ocağı mövcuddur. Bu baxımdan nə vaxtsa güclü zəlzələrin olma ehtimalı var.

Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər. Ümumilikdə Azərbaycan ərazisi bu və ya digər titrəyişlərə məruz qalıb və qalacaq”.



Xəbər 1360 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +