İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


03.07.2017  17:05 

Bakıda dəhşətli mənzərə - Hər gün kimsə ölə bilər... + VİDEO





A+  A-

Bir neçə gün əvvəl 22 yaşlı idmançı, Azərbaycan çempionu Reyhan Məmmədovanın Nobel prospektində baş verən dəhşətli ölümü həmin ərazidə yerüstü piyada keçidi məsələsini bir daha gündəmə gətirsə də, vəziyyəti daha da acınacaqlı edən məqam baş verib.
Belə ki, piyadalar yerüstü piyada keçidi tələb edərkən piyada zolağından da olublar. Artıq dünəndən etibarən qəzanın baş verdiyi piyada keçidi qara rəngə boyanıb.

Ləğv olunmuş piyada zolağı ilə ona yaxın piyada keçidi arasındakı məsafə 800 metr, ümumi yerüstü piyada keçidi arasındakı məsafə isə 2 km-dir. Piyadalar yayın istisində bu qədər məsafəni piyada getməkdənsə yolu keçməyə üstünlük verirlər.

Mövzu ilə bağlı yol məsələləri üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkədə bildirib ki, Nobel qardaşları prospektində idmançı qızın öldürüldüyü piyada keçidinin ləğvi illərdir qaldırdığımız məsələni bir daha bütün çılpaqlığı ilə ortaya qoyub: “Bu "çılpaq", amma əslində qaranlıq məsələ ölkəmizdə yol hərəkətinin təşkilindəki biabırçılıqdır. Özü də bu biabırçılıq bir neçə istiqamətdə var: 1) qanunvericilik bazası; 2) təşkilati tərəfi; 3) faktiki vəziyyət və. s. Hələ də bizim ölkəmizdə yol hərəkətinin təşkilinin müasir konsepsiyalarını, nəzərə alınmalı olan meyarları, təhlükəsizlik elementlərini, maliyyə-təşkilati tərəflərini tənzimləyən qanunvericilik yoxdur. Hazırda qüvvədə olan "Yol hərəkət haqqında" Qanun bu məsələyə çox səthi, özü də sistemsiz toxunur, çünki onun tənzimləmə predmeti deyil. Ən bərbad məsələ isə hərəkətin təşkilindəki qüsurlara görə hüquqi məsuliyyətdir. Şəxsən mən rast gəlməmişəm ki, hərəkətin təşkilindəki səhvə görə kimisə məsuliyyətə cəlb etsinlər. Bu da təbiidir, çünki aydın norma yoxdur. Təşkilati tərəf də bərbaddır . Guya ki, rayon (şəhər) icra hakimiyyətlərinin yol hərəkəti təhlükəsizliyi komissiyaları var. Amma o komissiyaların bu tipli məsələləri doğrudan da komissiya olaraq, real iclasda müzakirə etdiyini görən və təsdiq edə bilən adam tapa bilməzsiniz.

Faktiki vəziyyət də ən dəhşətlisidir. Bakının bəzi küçə və prospektlərində hərəkətin təşkilinə diqqət edəndə elə təəsürat yaranır ki, bunu edənlər avtoşluğa lobbiçilik edirlər. Şəhərin ortasıdakı küçə və prospektdə heç bir xüsusi təhlükəsizlik elementi olmayan yerdə 80-90 km/saat sürət tətbiq etməyi başqa cür necə yozaq.

A kişilər, kitab-zad vərəqləyin, görün, harada belə şey var. Axı burada insanlar yaşayır, işləyir, avtobus dayanacağı var, ayaq üstə sərnişin aparan avtobus var və ən pisi - hərəkətin təhlükəsizliyindən anlayışı olmayan sürücülər at çapırlar.

İdmançı qızın öldürüldüyü yerdən keçidi yığışdıranlar, bəlkə də bunu ona görə ediblər ki, həmin keçid "qanunsuzdur", "komissiyanın" bundan xəbəri yoxdur. Amma guya piyadalar daha o yolu keçməyəcəklər? Əlbəttə keçəcəklər, çünki başqa variant yoxdur”.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, onun məsələdən xəbəri yoxdur: “Hazırda hərəkətin təşkili şöbəsinin əməkdaşları bununla bağlı hadisə yerində araşdırma aparır”.

“Qafqazinfo” hadisə yerində olub və mövcud vəziyyəti müşahidə edib. Hadisə yerindən hazırladığımız videosüjeti təqdim edirik:


Xəbər 983 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +