Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


20.04.2017  13:32 

Sabunçunun İcra başçısı stansiyanın ərazisini kimlərə satıb? - FOTOLAR





A+  A-

Paytaxtın Sabunçu rayonunda köhnə "Razin stansiyası” adlanan ərazi şumlanaraq yerlə-yeksan olunub. Adil Vəliyev rayona icra başçısı gələr-gəlməz ilk işlərindən biri də bu köhnə stansiyanı buldozerin qabağına vermək olub.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, icra başçısının bu addımına səbəb ərazinin tör-töküntü, antisanitariya, zibillik, xırda ticarət köşkləri ilə əhatələnməsi olub: kimisi peraşki-qutab satırdı, kimisi siqaret, kimisi də çayxana işlədirdi.

Burada ət satandan süd satana qədər də görmək olardı. Avtobusların dayanacağına çevrilmiş stansiya qarşısında indi də sərnişinlər dayanır.
Necə ki, oxşar mənzərə Sabunçu vağzalında hökm sürür. Lakin rayonun icra başçısı vağzalın ətrafına əl gəzdirib səliqə-sahmana salmaq istəmir.
Hətta bu il qışda yağan yağışda okeana çevrilmiş vağzaldan çəkilmiş görüntülər sosial şəbəkələri və medianı "bəzəyirdi”.

Sabunçu sakinləri isə vağzaldan öncə "Razin” stansiyasında abadlıq işlərinin görüləcəyini gözləyirdi.

Məlumata görə, stansiyanın yanındakı ərazi parka çevrilsə də, stansiya üçün nəzərdə tutulan ərazi satılıb.

Hazırda həmin massivdə supermarket və özəl tibb klinikası tikilməkdədir. Parkın içini iş adamına satan icra başçısı boş yer saxlamayıb, parkın içində də kafe inşa olunur.

Xatırladaq ki, bir müddət əvvəl Sabunçu Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən milli.az-a bildirilmişdi ki, həmin ərazi sökülərək genişləndirilir.
Söküntü işləri başa çatandan sonra ərazidə park salınacaq. Bundan başqa həmin ərazidə tikilməsi nəzərdə tutulan metronun "Bakıxanov stansiyası” üçün torpaq sahəsi ayrılır.

Bakı Metropoliteninin mətbuat xidmətinin o zamankı rəhbəri Nəzakət Tanrıverdiyeva demişdi ki, "Bakıxanov” stansiyasının tikintisi gələcək üçün nəzərdə tutulub. Bakıxanov qəsəbəsində stansiya üçün torpaq sahəsi ayrıla bilər, ancaq tikinti işlərinə başlanmayıb.

Ancaq hər iki qurum rəsmisinin dedikləri özünü doğrultmadı. Burada nə metro sahəsi üçün yer qalıb, nə də park tikintisi üçün genişlik. Ərazi sahibkarlara satılıb...








Xəbər 1654 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +