Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


27.03.2017  12:12 

Rəsulzadə Stalini burada gizlətmişdi - İndi dağılır... +VİDEO





A+  A-

Bakının Novxanı kəndindəki bu məsciddən çox yazılıb, çəkilib. Amma buna baxmayaraq buradakı tarixi əhəmiyyətli “Şah Sultan Hüseyn” məscidi hələ də uçuq-sökük vəziyyətdədir.
Arxiv sənədlərinə əsasən deyə bilərik ki, Səfəvi hökmdarlarından Şah Süleymanın oğlu Şah Sultan Hüseyn 26 yaşında hökmdar olduqdan sonra bu məscidin tikilməsi göstərişini verib. 1694-cü ildən tikintisinə başlanan və təqribən 1750-ci ildə inşası başa çatan bu məscid hazırda baxımsızdır.

Kənd ağsaqqalları deyir ki, məscidə əvvəllər qıraq kəndlərdən də gəlib ibadət edərdilər, amma indi yox... İbadət evinin uçub-sökülən divarlarının arasında sahibsiz küçə itləri gəzişir, mal-qara otlayır.

Çöllüyü xatırladan və kanalizasiya suları, evlərdən atılan zibillərlə əhatələnmiş geniş ərazinin ortasında tənha qalan məscid sanki oranı görməyə gələnlərdən imdad diləyir. Tarixin sirlərini özündə gizlədən bu daşlar hər an uçmaq təhlükəsi yaşayır.

Məscidin girişində və ya ətrafında abidənin dövlət tərəfindən qorunduğuna dair heç bir lövhə yoxdur. Yalnız girişdəki kiçik lövhədə “Şah Sultan Hüseyn” məcsidi yazısı var ki, bunu da kənd sakinləri hazırlayıb. Onlar bu barədə kənd icra nümayəndəliyinə və aidiyyatı qurumlara dəfələrlə məlumat verdiklərini də dönə-dönə vurğulayırlar.

“Rəsulzadə Stalini bu məsciddə gizlədərək, ölümdən xilas edib”

Məscidin tarixi önəmini artıran digər məqam isə Azərbayxan Xalq Cümhuriyyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəylə bağlıdır. Ağsaqqal Hacı Rafiq deyir ki, Stalin neft mədənlərində çalışan fəhlələr arasında milyonçulara qarşı təbliğat aparırmış:

“Bu xəbər milyonçuların ətrafında gəzən və o dövrlər xüsusi ad çıxarmış “qoçulara” çatır. Onlar isə Stalini öldürmək istəyir. Bu zaman Rəsulzadə Stalini qoçulardan xilas etmək üçün onu Novxanıdakı bağ evinə, oradan isə həmin bu məscidə apararaq bir müddət gizlədir. Novxanı kəndində bir neçə məscid var və Stalinin konkret olaraq həmin məsciddə gizlədildiyi bir qədər müəmmalıdır. Amma digər məscidlər yeni tikildiyindən İosif Stalinin “Şah Sultan Hüseyn” məscidində gizlədilmə ehtimalı böyükdür”.

Tarixi məscidlə eyni aqibəti yaşayan “Hacı Səfəralı” hamamı

Noxanıda dağılmaq təhlükəsi yaşayan digər tarixi tikili bir neçə şəxsin şərikli tikdirdiyi “Hacı Səfəralı” hamamıdır. Arxiv sənədlərinə görə, “El hamamı” adı ilə də tanınan bu hamamın tikintisi 1907-ci ildə başa çatıb. Ərazinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında maneələr yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə, İslamın bütün qayda-qanunları ciddi şəkildə qorunub. Kvadratşəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissə ilə əlaqəli olub.

Kənd sakinləri bildirir ki, hamam sovet hakimiyyəti dağılana qədər fəaliyyət göstərirmiş.

“Hamamda soyunub-geyinmə, xəlvətxana (kisə otağı), vacibatxana, istirahət otağı, su qızdırmaq üçün ayrıca otaq da vardı. Su iri daşların arasında əvvəllər neftlə, daha sonra təbii qazla qızdırılırdı. Hamam təxminən keçən əsrin 80-ci illərindən sonra fəaliyyətini dayandırdı, indi də divarları, otaqları uçub-sökülüb”, - deyə Hacı Rafiq bildirir.


Xəbər 1275 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +