Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


17.03.2017  11:14 

Xalq artistinin obyekti sökülür





A+  A-

Aqil Abbas: "Akif Babayev kinoteatrın direktoru vəzifəsində çalışanda Arif Babayev hələ Ağdamda idi” Amaliya Pənahova: "Binanın bizim teatra verilməsi haqda hələlik heç nə deyilməyib”
Bakının mərkəzində yerləşən "Dostluq” kinoteatrının tezliklə söküləcəyi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, kinoteatrın binasında fəaliyyət göstərən qurumlara tezliklə ərazini boşaltmaları ilə bağlı xəbərdarlıq da edilib. Kinoteatrının daxilində xalq artisti Arif Babayevə məxsus kafe-çayxananın da təcili boşaldılması ilə bağlı xəbərdarlıq olunub.

"Bizə dedilər ki, ”Drujba"nı təcili boşaldın".

Bu haqda isə xalq artisti A. Babayev gununsesi.info-nun əməkdaşı ilə söhbətində bildirib. Xanəndə yayılan məlumatların doğru olduğunu vurğulayıb: "Bu haqda bizə və ”Dostluq" kinoteatrının binasında fəaliyyət göstərən digər təşkilatlara da xəbərdarlıq olunub. Lakin kinoteatrın hansı məqsədlə boşaldılması, nəyə görə söküləcəyi ilə bağlı əlavə heç nə bildirməyiblər".

Qeyd edək ki, "Dostluq” kinoteatrı hələ sovet dönəmindən, 1960-cı ildən fəaliyyət göstərib və vaxtilə paytaxtın ən məşhur kinoteatrlarından biri hesab olunub. Nəsimi rayonu ərazisində yerləşən kinoteatrın əsas fəaliyyəti kino sənətinin təbliğinə, kino və videofilmlərin nümayişinin təşkilinə, kinofestivalların, kino günləri və yaradıcılıq gecələrinin, işgüzar görüşlərin, digər kütləvi və kommersiya tədbirlərinin keçirilməsinə yönəldilb. Lakin uzun müddətdir ki, kinoteatrın fəaliyyəti səngimişdi. İnsanları daha çox burda yerləşən çayxana cəlb edirdi. Binanın bir hissəsində artıq 7 ildir ki, Bakı Bələdiyyət Teatrı yerləşirdi. Kinoteatrın sökülməsi ilə bağlı yayılan bəzi iddialara görə, binanın yerində çoxmərtəbəli binalar tikiləcək, bəzi iddialara görə isə yenidən təmir olunaraq uzun illərdir ki, binasız qalan Bakı Bələdiyyət Teatrına veriləcək.

Məsələ ilə bağlı Bakı Bələdiyyət Teatrının rəhbəri xalq artisti Amaliya Pənahova "Yeni Müsavat”a açıqlama verib: "Siz özünüz də yaxşı bilirsiz ki, Bakı Bələdiyyə Teatrının uzun illərdir ki, binası yoxdur. Bizə hələ ki belə bir məlumat verilməyib. Bizim teatr 15 il Şəhriyar adına Mədəniyyət Sarayının binasına fəaliyyət göstərib. Lakin müəyyən məsələlərə görə teatrımız oradan ”Dostluq" kinoteatrının binasına köçürüldü və 7 ildir ki, bu binada yerləşmişik. Amma binanın bizim teatra verilməsi haqda hələlik heç nə deyilməyib, bu haqda məlumatımız yoxdur".

Qeyd etdiyimiz kimi, "Dostluq” kinoteatrının binasında eyni zamanda bir çox tanınmışların üz tutduğu çayxana yerləşir. Çoxlarına məlumdur ki, bura daha çox tanınmış ağdamlılar yığışar, söhbətləşərdilər. Həmin tanınmışlardan biri də deputat, tanınımış yazıçı Aqil Abbasdır. Deputat kinoteatrın sökülməsi ilə bağlı yayılan məlumatlara bu cür mövqe bildirdi: "Kinoteatrın binasında yerləşən çayxanaya ən çox ağdamlılar və qarabağlılar yığılırdı. Mənim işçilərim də ora gedirdi. Adətən yayda yığışırdıq, çayxana qışda elə də fəaliyyət göstərmirdi... Kinoteatrın sökülməsi ilə bağlı mətbuatdan oxudum, yazılmışdı ki, oranın rəhbəri xalq artisti Arif Babayevdir. Amma oranın direktoru onun qardaşı Akif Babayevdir. Akif Babayev kinoteatrın direktoru vəzifəsində çalışanda Arif Babayev hələ Ağdamda idi, təzə-təzə Bakıya gəlirdi. O binada da Amaliya xanımın teatrı yerləşir. Kinoteatr uzun müddətdir ki, təmir olunmur. Ümumiyyətlə, Azərbaycanda heç kinoteatr qalıb ki? Bircə ”Nizami" adına kinoteatr qalıb. Doğrudur, müəyyən kino zalları var, amma onlar axı kinoteatr deyil. Kinoteatrların hamısı yavaş-yavaş sıradan çıxmağa başlayır. Çünki onlar düzgün təbliğ olunmur. Artıq Bakı bizim tanıdığımız Bakı deyil. "Gün keçdi” filmindən bir epizodu yadınıza salım, bir kor çəliklə gedib öz evini axtarır. Əlini divarlara sürtə-sürtə gedib evini tapır... Bakının müəyyən simvolları var ki, onları qoruyub saxlamaq lazımdır. Elə yerlər var ki, onlar qorunmalıdır. Vaxtilə "Drujba” adlanan "Dostluq” kinoteatrı da qədim binalardan biri idi. Ona əl gəzdirib yenidən kinoteatr və ya mədəniyyət ocağı kimi istifadə etmək mümkündür. İndi ora gedən insanlar başqa yer tapıb yığışacaqlar. Amma Bakı "Drujba”nı tapmayacaq".

Xəbər 1555 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +