Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.02.2017  12:30 

Eldar Mahmudov haqda sensasiya: Şantajçı qadın və daha iki “reket” tutulub





A+  A-


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun himayə etdiyi “reket jurnalistlər” işi barədə yeni sensasion məlumatlar əldə etmişik

Məlumata görə, E.Mahmudov dəstəsinin himayə etdiyi “mətbu qruplaşmada” şantajçı bir qadın müəyyən edilib və istintaqa cəlb olunub. 

Əldə etdiyimiz xəbərə görə, hazırda onun istintaqla əməkdaşlıq etdiyi, bu qadın özü vasitəsi ilə tora salınmış şəxslər barəsində müfəssəl bilgilər verdiyi deyilir. 

Onun dindirilməsi nəticəsində daha iki şəxs - “reket mətbuat” nümayəndəsi məsuliyyətə cəlb olunub. Hazırda istintaq davam etdirilir. Mahmudovun “şantajçı qadın” əməkdaşı isə istintaqla əməkdaşlıq etdiyi üçün zaminə buraxılıb. 

Araşdırmalar zamanı məlum olub ki, həmin qadından istifadə etməklə otel-restoran sahibləri şantaj olunublar. Guya onların iaşə müəssisələrində əxlaqsızlıq yuvası saxlamaları təsbit edilib. 

Məlumata görə, həmin qadın restoranlardan birinə gedib, orada əxlaqsızlıq hərəkətləri etmək səhnəsi qurub və bu zaman Mahmudovun “mətbu bandası” obyektə basqın edib, “əməliyyat” zamanı onların şəkillərini çəkib, mətbuata yaymaqla təhdid edib. 

Bu cür “əməliyyat”lar bir neçə restoranda həyata keçirilib. Hazırda Mahmudovun “reket jurnalistləri” işi üzrə zərər çəkmiş şəxslərin əksəriyyəti otel-restoran sahibləridir. İş üzrə 30-dan çox epizod var. 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son günlər reket nəşrlər və sayt rəhbərlərinin həbsinə başlaması ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Eldar Mahmudovun işdən qovulmasından 1 il sonraya təsadüf edən bu həbslər ləğv olunmuş MTN şəbəkəsinin mediada “kökünün” qazınması hesab olunur.

“Bizim dövr” qəzetinin (həm də eyniadlı saytın) rəhbəri Surxay Əliyev, “Gündəlik Bakı” qəzetinin (həm də eyni adlı saytın) baş redaktoru Habil Vəliyev xüsusi əməliyyat zamanı saxlanılıb. 

DTX-nin yaydığı rəsmi məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparmaqla şantajda, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb etməkdə, eləcə də müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan “haqq” almaqda suçlanırlar. Məhkəmə artıq hər iki şəxs barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. 

Məlumatlara görə, bu şəxslərə əməllərinə dəstək vermiş ayrı-ayrı adamlar, o cümlədən şantajçı qadınlar da saxlanılıb. “MTN çetesi”nin ifşasından sonra bu quruma bağlı olan medianın da adı mətbuatda tez-tez hallanırdı. 

Onların fəaliyyətini hələ də davam etdirməsi bəzi suallar da yaratmışdı. İddia olunurdu ki, bu şəbəkə indi də başqa bir dövlət orqanının və ya ayrı-ayrı məmurların himayəsində fəaliyyət göstərə bilər.

(politika.az)



Xəbər 1371 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +