Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


22.03.2024  15:05 

Pensiyaçıların sayı niyə azalıb?





A+  A-

Ötən il pensiyaçıların sayı 18 min 200 nəfər azalıb.

Xəzərnews.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

Deputat Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən qeyd edib ki, bu ilin yanvarın ilk gününə 1 milyon 96 min pensiyaçı qeydiyyatdan keçib. Bu əhalinin 10.8 faizi pensiyaçı olması deməkdir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Onun sözlərinə görə, pensiyaçıların sayının azalması səbəblərini müəyyənləşdirmək üçün pensiyaçıların strukturundakı dəyişikliklərə diqqət yetirmək lazımdır.

DSK-nin Dövlət Sosial Müdafiə Fonduna istinadən paylaşdığı sonuncu məlumatda struktur üzrə dəyişiklik qeyd olunmasa da digər mənbələrin statistikası ilə bu müqayisənin aparılması mümkündür.

Belə ki, 2022-cü ilin yekunlarında yaşa görə pensiya alanların sayı 696 min 375 nəfər olub. 2024-cü ilin yanvarın 1-də isə bu rəqəm 701 min 440 nəfər olub. Deməli, pensiya yaşı tamam olaraq pensiyaya çıxanların sayında azalma yoxdur. Əksinə, yaşa görə pensiya alanların sayı 5 min 65 nəfər artıb.

"Ötən ilin yekunlarında əlilliyə görə pensiya alanların sayı 258 min 656 nəfər olub. 2022-cü ilin sonuncu günü isə ölkədə 272 min 979 nəfər əllillyə görə pensiya alıb. Bu isə o deməkdir ki, ötən il ərzində əlilliyə görə pensiya alanların sayı 14 min 323 nəfər azalıb"

V.Bayramov bildirib ki, ailə başçısının itirilməsinə görə pensiya alanların sayı isə bu ilin ilk gününə 135 min 904 nəfər olub. Bir il öncə bu rəqəm 144 min 846 nəfər idi.

Deməli, ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 8 min 942 nəfər azalıb. Bütövlükdə, əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 23 min 265 nəfər azalıb.

Bu statistik təhlil göstərir ki, yaşa görə pensiya alanların sayında artımın olmasına baxmayaraq digər iki əmək pensiyası üzrə azalma ümumi pensiya alanların sayını azaldıb.

Ötən il ərzində əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayındakı 23 min 265 nəfər azalma yaşa görə pensiyaçıların sayındakı 5 min 65 nəfər artımın fərqi 18 min 200 nəfər ümumi azalma ilə nəticələnib.

Təbii ki, pensiyaçıların sayındakı bu struktur dəyişikliyi pensiya islahatlarının daha da dərinləşdirilməsini və əlilliyə və ailə başçısının itirilməsinə görə pensiyaçıların sayının azalma səbəblərinin tam araşdırılmasını aktuallaşdırır.

Xəbər 465 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +