Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.01.2024  22:53 

Azərbaycan icması arxiyepiskop Frans Laknerə müraciət etdi





A+  A-

Avstriyada yaşayan Azərbaycan icması arxiyepiskop Frans Laknerin “Information Christian Orient” jurnalına müsahibəsində ölkəmizin Qarabağ bölgəsi ilə bağlı yanlış fikirlərinə etirazını bildirib.

İcmadan Xəzərnews.az-a daxil olan məlumatda bildirilir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri, Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov adından Frans Laknerə ünvanlanmış müraciətdə Avstriyada yaşayan soydaşlarımızın məyusluğu nəzərə çatdırılıb.

Müraciətdə çar Rusiyasının və Sovet imperiyasının ermənilərə havadarlıq etdiyi, Stalinin Dağlıq Qarabağı və Naxçıvanı ermənilərə hədiyyə etmək istədiyi, bu himayə altında ermənilərin və Ermənistan Respublikasının uzun illər Azərbaycana qarşı təcavüzkar, işğalçı, soyqırımı, etnik təmizləmə, terror siyasəti yürütdüyü, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 4 qətnaməsinin 30 ilə yaxın müddət ərzində yerinə yetirilmədiyi, Azərbaycan Respublikasının bu qətnamələri təkbaşına və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirməyə məcbur olduğu faktlarla və bütün təfərrüatı ilə xatırladılıb.

Tarixi mənbələrdə “Artsax” adlı respublikanın olmadığı, Qarabağda mövcud olan kilsələrin qədim alban məbədləri olduğu, albanların həmin məbədləri inşa etdikləri dövrdə Qarabağda ermənilərin yaşamadığı, Azərbaycan dövlətinin bu məbədləri göz bəbəyi kimi qoruduğu bildirilib. Erməni təcavüzkarlarının isə Qarabağ bölgəsində həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri olan Azərbaycan milli mədəniyyət ocaqlarını barbarcasına dağıtdıqlarına və məhv etdiklərinə diqqət cəlb edilib.

Laknerin “Dağlıq Qarabağdan olan erməni əsgərlərinin silahlarından indi Rusiya Ukraynaya qarşı istifadə edir” fikrinə cavab olaraq yada salınıb ki, Ermənistanın Gümrü adlı ərazisində Rusyanın hərbi bazaları xidmət göstərir. Bundan başqa, Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən indiyədək Ermənistan hərbi müttəfiqi olduğu Rusyaya silah və canlı qüvvə göndərir.

Multikultural və tolerat dəyərlərə malik olan Azərbaycanda etnik erməni olan vətəndaşlarımızın indiyədək çox rahat və təhlükəsiz şəkildə yaşadıqları, son üç il ərzində rəsmi Bakının dəfələrlə Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə ölkə ərazisində qala biləcəklərini bəyan etdiyi, amma Azərbaycana qarşı müharibədə və hərbi cinayətlərdə iştirak etmələri səbəbindən ermənilərin Qarabağı könüllü tərk etdikləri, Azərbaycan dövlətinin humanizm göstərərək onları yanacaq və qida ilə təmin etdiyi diqqətə çatdırılıb.

Cəmiyyət sədri Azərbaycanda müxtəlif millətlərin dinc və mehriban yaşadıqlarını görməsi üçün yepiskop Frans Lakneri Azərbaycana səfərə dəvət edib və onu bu səfərdə müşayiət etməyə hazır olduğunu bildirib.

Xəbər 439 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +