“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


07.12.2023  21:44 

Ana olmaq təkcə bətində övlad daşımaq demək deyil -Nigar Şabanova





A+  A-

"Ana olmaq təkcə bətində övlad daşımaq demək deyil. Biz analar görürük ki, bizdə olan məsuliyyət onlarda yoxdur. Biz o məsuliyyəti dərk edib, hiss edirik... Biz iki qat ağır məsuliyyət daşıyırıq. Allahın altında da o məsuliyyəti daşıyırıq. Çünki Allah bizə icazə verib, onu bizə əmənət edib".

Xəzərnews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq qolduğu "Bizimləsən" ictimai-sosial verilişində deyib.

Qardaşının qızını körpə yaşlarından övladlığa götürən Nigar analıq hisslərindən söz açıb:

"Bəzən baxıb görürsən ki, analar balaca bir məsələyə görə, hirslənib uşağı danlayırlar. Deyirəm ki, niyə hirslənirsən? Axı, belə bir uşağın həsrətini çəkənlər var... Adi bir məsələyə görə necə uşağa qıyıb, hirslənə bilirsən? Mən bunu dərk edə bilmirəm ki, valideyn azyaşlı uşağı necə incidə bilər? Valideyn bətnində aylarla övladı saxlayıb, sonra onu dünyaya gətirib necə ata bilər? Bu məsələlərə baxıb düşünürsən ki, tək bətində uşaq daşımaq ana demək deyil. Mən bu gün özümü ana kimi hiss edirəm. Elə bilirəm ki, Nəfisə adlı qızı dünyaya mən gətirmişəm (kövrəlir). Mən onu heç zaman valideynlərindən ayırmaram. O mənim balamdır".

Aparıcı Zaur Baxşəliyevin "Amma mən istərdim ki, sənin öz övladın dünyaya gəlsin" sözlərinə Nigar "Bundan sonra istəmərəm, övladım olsun. Nəfisə mənim hər şeyimdir. Həm dostdur, həm övladdır, həm də bacıdır. Mən Nəfisədən başqa heç kimə nə sevgi, nə də ki, diqqət ayırmaq istəyirəm" cavabını verib./Bizim.media


Xəbər 701 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +