İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.11.2023  14:31 

Beliz İsraillə diplomatik əlaqələrini dayandırıb





A+  A-

Karib hövzəsi ölkəsi Beliz İsraillə diplomatik əlaqələrini dayandırıb.

Xəzərnews.az xarici mediaya istinadən xəbər verir ki, Beliz hökuməti bu qərarı İsrail Qəzza zolağında atəşkəs rejiminə əməl etməkdən imtina etdiyi üçün verib.

Hökumətin açıqlamasında İsrail Müdafiə Qüvvələrinin Qəzzadakı hərəkətləri pislənilib: “Biz İsraili dərhal atəşkəsə əməl etməyə və humanitar yardımların Qəzzaya maneəsiz daxil olmasına icazə verməyə çağırdıq. Bizim xahişlərimizə baxmayaraq, İsrail öz qayda pozuntularına son qoymadı, beynəlxalq humanitar hüquq normalarına riayət etmədi və yardım göstərmədi".

Açıqlamada dərhal atəşkəsə əməl olunması, humanitar yardım materiallarının Qəzzaya maneəsiz daxil olması və bütün əsirlərin azad edilməsi çağırışının təkrarlandığı vurğulanıb.

Beliz hökuməti, həmçinin İsrailin bu ölkədəki səfiri Einat Kranz-Neigerə verdiyi akkreditasiyasını geri götürüb və onun Təl-Əvivdəki diplomatik fəaliyyətini dayandırıb.

Xatırladaq ki, bundan əvvəl Cənubi Amerika ölkəsi Boliviya hökuməti Qəzzaya “qəddar və qeyri-mütənasib” hücumlarına görə İsraillə diplomatik əlaqələri kəsmişdi. Həmçinin, Cənubi Amerika ölkələri Kolumbiya və Çili, Mərkəzi Amerika ölkəsi Honduras, Yaxın Şərq ölkəsi İordaniya, Afrika ölkəsi Çad, Cənubi Afrika və Türkiyə İsraildəki səfirlərini geri çağırmışdı.

Xəbər 499 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +