“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


29.08.2023  18:07 

Kadrlar ölkədən niyə qaçır?





A+  A-

"Biznes mühiti, iş sistemi, maaşların aşağı olması, bazarın kiçik olması Azərbaycandan xaricə "beyin axını”na təsir göstərən başlıca amillərdir”.

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycandan xaricə "beyin axını”nın sürətlənməsini şərh edərkən deyib.

"Bu ölkəmiz üçün ciddi problemlərdən biridir. Son illər xaricdə təhsil almaq üçün gedən insanların sayında artım var. Amma məsələ ondadır ki, xaricdə təhsil alanların çox az hissəsi Azərbaycana qayıdır. Digər tərəfdən, ölkədə olan yaxşı mütəxəssislər də xarici ölkələrə üz tuturlar. Yəni, Azərbaycandan xaricə "beyin axını” güclüdür”, deyə ekspert vurğulayıb.

Natiq Cəfərli hesab edir ki, peşəkar mütəxəssislər ABŞ və Avropada daha yüksək maaş aldıqlarına görə, Azərbaycanda yox, həmin ölkələrdə işləməyə üstünlük verirlər:

"Yəni, daha yaxşı həyat səviyyəsinə görə peşəkar mütəxəssislərimiz xaricdə işləməyə üstünlük verirlər. Ona görə də bu insanları ölkədə saxlamaq çətindir. Azərbaycanda maaşların, əmək bazarının, gəlirlərin aşağı olması yaxşı təhsilli insanların ölkədə saxlanılmasını çətinləşdirir”.

Həmsöhbətimiz qeyd edib ki, populyar ixtisaslar olan informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislər, proqramçılar xaricə üz tuturlar:

"Çünki belə mütəxəssislərin ABŞ-da əmək haqqı illik 150 min dollardan başlayır. Azərbaycanda isə belə maaş yoxdur. Ona görə də "beyin axını" sürətlənir”.

Ekspert bildirir ki, Azərbaycanda biznes mühitinin normal olmaması da prosesdə öz sözünü deyir:

"Ölkədə sıfırdan iş qurub, böyütmək, ciddi şirkətə çevirmək çətin məsələdir. Həm də səhm bazarı yox səviyyəsindədir. Kredit faizləri çox yüksəkdir. Yəni biznes mühiti, iş sistemi, maaşların aşağı olması, bazarın kiçikliyi "beyin axını”na təsir göstərən amillərdir. Azərbaycanda karyera məsələsində də problemlər yaşanır. Ölkəmizdə karyera baxımından irəliləmək imkanları ağıllı insanlar üçün çətindir. Bu prosesdə qohumluq, tanışlıq və başqa problemlər ortaya çıxır”.


Xəbər 2174 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +