“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


28.08.2023  17:07 

“Kristall Abşeron“da 2 məktəbli qız niyə intihar edib?





A+  A-

Sosial platformalarda Xırdalanda yerləşən və hər gün TV-lərdə reklamlaşdırılan "Kristall Abşeron" yaşayış kompleksində az müddət içində 2 məktəbli qızın intihar etməsi xəbəri məlumdur.

Lakin hələ də rəsmi rəy, yəni qızların nədən intihar etməsinə hüquqi aydınlıq gətirilmir.

Yenə də sosial platformalarda yayılan məlumatlardan bəlli olur ki, ortada olduqca ciddi faktlar var, hüquq mühafizə orqanları bunu araşdırmalıdırlar.

Məlum olur ki, intihar etmiş hər iki qız özünü "Kristall Abşeron" yaşayış kompleksindəki 41-ci binadakı 8-ci və 11-ci mərtəbələrdən atıb. Onlar həmin binaların sakini deyilmiş və oraya hazirlıq kursuna gəlirmiş. Hadisə şahidlərinin dediyinə görə, intihardan sonra, yəni qızlar özünü binadan atandan sonra onların cəsədləri soyuq olub.

FB istifadəçisi Arifə Əliyeva isə yazır ki, "…Bir ay öncə intihar edən qız özünü 8-ci mərtəbədən atsa da, əşyaları 15-ci mərtəbədən tapılıb. Hadisə şahidlərinin dediyinə görə, bədənində zorakılıq əlamətləri olub. Eynən deyirlər bir neçə gün öncə intihar edən qızın da bədənində zorakılıq əlamətləri olub. Bəs bunlar necə olur? O binada uşaq hazırlığı ilə məşğul olan müəllimin bu cinayət işində rolu nədən ibarətdir?".

Haqlı sualdır. İstintaq orqanları bu məqamları araşdırırmı? Valideynlər bilirlər axı qızlar bu binada hansı müəllimin yanına gedirmiş. Yuxarıdakı statuslardan da məlum olur ki, qızlar kişi müəllimin yanında hazırlıq keçirmiş…

İnanaq ki, istintaq bu məsələnin mahiyyətinə tezliklə hüquqi aydınlıq gətirəcək. Sirr deyil ki, valideynlər orta məktəblərin verdiyi biliyə güvənli olmadığından övladlarını repititor yanına göndərirlər. Deməli, valideynlər bütün varlığı ilə hazırlıq keçən müəllimlərin kimliyini və şəxsiyyətini aydınlaşdırmalı, övladlarını ciddi nəzarətdə saxlamalıdırlar…tezadlar.az

Xəbər 854 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +