“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


11.08.2023  09:49 

O zaman dövlət niyə buna mane olur ki?!





A+  A-

"Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdıra bilməz. Bu ölkə hüdudlarından kənarda kartlardan vəsaitin nağdlaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq həddlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq".

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, yeni qaydalar, guya, "çirkli pullar", korrupsiya ilə mübarizəyə görə edilir - amma, məmurlar, onlara bağlı iş adamları istənilən həcmdə vəsaiti ölkədən çıxarmağın yollarını yaxşı bilirlər, bu addımlar onlara təsir etməyəcək:

"Adi vətəndaşlar üçün isə problemlər yarana bilər - məsələn, kimsə özünə 21 min dollar və daha baha maşın almaq, dəyərini ödəmək üçün nə etsin?! Və ya, kimsə Bakıda evini satır, Türkiyədən ev almaq istəyir, dövlət nə haqla ona deyir ki, yox, sən ayda 20 min dollardan artıq pul köçürə bilməzsən - axı pul vətəndaşındır, özəl mülkiyyətini satıb özünə ev-obyekt almaq istəyir, o zaman dövlət niyə buna mane olur ki?!

Bütün bu mənasız məhdudiyyətlər ləğv edilməlidir, yeganə meyar illik gəlir deklorasiyası olmalıdır, leqal pulun varsa nə qədər istəsən, hara istəsən köçürə bilərsən. Amma bunu etmirlər, edə bilmirlər, o zaman prezidentdən tutmuş, nazirlər, məmurlarlar, rəislər, icrabaşılar, minlərlə dövlət-hökumət işçiləri öz gəlirlərinə uyğun olmayan həyat tərzlərini necə izah edəcəklər?! Ona görə də gəlir deklorasiyası haqqında qaydaları 25 ildir ki, təsdiq etmirlər, əvəzinə əcaib məhdudiyyətlər tətbiq edirlər, bu qadağalar isə, tam tərsi, qeyri-leqal, "qara" pul köçürmələrinin həcmini artıran, korrupsiyanı təşviq edən amilə çevrilir - bundan başqa vətəndaşın konstitusiya ilə təsbit olunan özəl mülkiyyət və ona sərəncam vermə hüququnu pozur".

Xəbər 700 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +