“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


08.08.2023  16:28 

Elmar Vəliyevin oğlu 270 minlik avtomobil aldı





A+  A-

Bir müddət əvvəl dövlətə və banklara külli miqdarda borcu ilə gündəmə gələn Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən və onun oğlu Elmir Vəliyevdən yeni xəbər var.

XəzərNews.az gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq icra başçısının oğlu Elmir Vəliyev özünə qiyməti 157 min ABŞ dolları (270 min manata yaxın) olan yeni avtomobil alıb.

Bu, “Land Rover”in yeni “Defender” kolleksiyasından olan avtomibildir.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə bu avtomobillə getməsi “Defender”ə ölkədə böyük maraq yaradıb.

Belə ki, son iki il ərzində imkanı olan şəxslər ölkə başçısının istifadəsində olan bu maşından almağa başlayıb.

Vəliyevlər ailəsinin belə bahalı maşın alması isə təəccübə səbəb olub. Belə ki, ayrı-ayrı özəl banklara krediti və vergi orqanlarına külli miqdarda borcu olan bu ailənin belə bahalı maşın alması qınanmalıdır.

Elmar Vəliyevin Gəncədə çalışarkən şəhərin abadlaşdırılması adı ilə yerli mağazalardan aldığı inşaat mallarına görə də xeyli borcunun olduğu deyilir.

Qeyd edək ki, Elmar Vəliyev bir neçə il əvvəl Gəncədə sui-qəsdə məruz qalıb.

Xəbər 661 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +