“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


18.07.2023  22:01 

Oliqarxiyada yeni biznes bumu... - Əkinçilik





A+  A-

Azərbaycanda oliqarxların yeni biznes bumu başlayıb - əkinçilik.

Xüsusən də xaricdəki blogerlərin hər şeyi hakimiyyətin üstünə atmasını fürsət bilərək qollarını əməllicə çırmalayaraq, münbit torpaqları kasıb-kusubun əlindən almaq üçün zorakılıqdan tutmuş fırıldağa qədər hər işə əl atırlar.

Şəhərdə “novostroyka” tikintisinin, şadlıq evi işlətməyin qeyri-rentabelli olduğunu görən oliqarxlar növbəti qazanc yeri kimi "torpaq becərməyi" və heyvandarlığı “kəşf ediblər”.

Xüsusi xidmətin qorxusundan millyardlarını xaricə çıxara bilməyən oliqarx-məmur təbəqəsinin bu dəfə hədəfi nisbətən zəif kəndli təbəqənin əkinə yararlı, münbit, yaxud da otlaq torpaqlarıdır.

Deməli, ölkəni gəzərək guya əkinə və otlağa yararlı torpaq almaq adı altında lazımlı əraziləri müəyyən edir (komandalarına makler (maklerlərin dilindən anladığı üçün), aqronom və şilləvuranlar daxildir) və sonra ən müxtəlif təsir vasitələrindən istifadə edərək həmin əraziləri dəyərindən çox ucuz qiymətə alırlar. Onlar bu taktika ilə artıq bir neçə nəfəri tora sala biliblər.

Əziz “maklerlər”, torpaq alverçiləri yaxın vaxtlarda sizə torpaq almaq üçün yaxınlaşıb həmin torpaqların “kupça”sının, icarə müqaviləsinin şəklini, koordinatlarını soruşan olsa, tələsməyin. Bilin ki, bu taktiki fırıldaqdan istifadə edən həmin banda iş başındadır.

Mütləq məsələni ictimailəşdirin.

Mövzunu davam etdirəcəyik.

Fuad
XəzərNews.az

Xəbər 14442 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +