“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


14.07.2023  12:10 

Laçında yeni təxribatlar hazırlanır?





A+  A-

“Laçın yolunun açılıb-açılmaması qərarını Azərbaycan rəhbərliyi verəcək. Suveren ərazimizdir deyə, qərarları Bakıya qəbul edirik. Əslində, həmin məntəqənin bağlanması da ermənilərin təxribatı nəticəsində baş verib. Özləri təxribat törədiblər və bunun sayəsində də həmin yoldan məhrum olublar”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

O, separatçıların başçısı Araik Arutyunyanın Laçın yolunun bağlanması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, tanınmamış “DQR” “nümayəndə”si vurğulayıb ki, onlar iyulun 15-dəki Brüssel görüşünün nəticələrini gözləyirlər. Əgər bu görüşdə yolun açılması ilə bağlı qərar qəbul edilməsə, hamılıqla Laçın postuna yürüş edəcəklər.

N. Şəfiyev bəyan edib: “Hətta Ruben Vardanyanın vaxtında yürüş etməyə cəhd göstəriblər. Halbuki Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidir və onlar bunun qarşısını almalıdır. Təbii olaraq, Azərbaycan ordusu bu təxribatlara hazır vəziyyətdədir. Yəni aqibətləri betər olacaq”.

Politoloq BQXK maşınları ilə bağlı təxribatı xatırladıb: “Bir məsələyə də xüsusi diqqət yetirilməlidir. Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının saxlanılması ilə Azərbaycan bir daha nümayiş etdirdi ki, zamanını gözləməyi bacarır. Zəif deyilik, separatçılar sadəcə öz vəziyyətlərini gərginləşdirəcəklər.

Bölgənin təchizatı məsələsinə gəldikdə, Azərbaycanın bu məsələ ilə bağlı bütün imkanları var. Sənə ərzaq lazımdırsa, Azərbaycan Ağdam yolu ilə ən qısa şəkildə həmin ərzağı sənə çatdıra bilər. Tibbi ləvazimat lazımdırsa, bunu da eyni yolla ala bilərsən.

Buna paralel şəkildə artıq danışıqlara başlamalısan. Çünki bundan o yanı yoxdur və 2023-cü ilin ortalarıdır”.

Siyasi şərhçi separatçıların təhdidlərini “boş və mənasız söz yığnağı” adlandırıb:

“İndi 90-cı illər deyil və Azərbaycan da 90-cı illərin Azərbaycanı deyil. Biz silahsız, əliyalın şəkildə torpaqlarımızı qoruya biləndə belə onlar bizimlə bacarmırdılar. Hazırda Azərbaycanın beynəlxalq nüfuzunun artdığı və Azərbaycan ordusunun ölkəmizi qorumağa qadir olduğu bir vaxtda belə təxribatlara getmələri onların özləri üçün bədbəxtlikdir”.

Xəbər 797 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +