“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


07.06.2023  11:06 

Dünya Azərbaycanlıları Beynəlxalq Fondu İsveç və Almaniyanın erməni icmalarına qarşı…





A+  A-

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası və İsveç Erməni Assosiasiyaları İttifaqı (UAAS) Qarabağ separatçılarının bəyanatını dəstəkləyərək Nikol Paşinyanın mayın 22-də verdiyi açıqlamanı pisləyiblər.

XəzərNews.az xəbər verir ki, erməni diasporu açıq şəkildə bəyan edir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstəriləcəyi hər hansı beynəlxalq və ya dövlətlərarası sənədi Ermənistan üçün qəbuledilməz hesab edir.

Hər iki erməni diasporunun bu bəyanatı mərkəzi qərərgahı Stohkolmda yerləşən Dünya Azərbaycanlıları Beynəlxalq Fondu tərəfindən kəskin etirazla qarşılanıb. Fond Almaniya və İsveçdə fəaliyyət göstərən erməni diaspor təşkilatlarının separatçı və qızışdırıcı bəyanatları ilə bağlı hər iki ölkənin (Almaniya və İsveç) rəsmi qurumlarına müraciət ünvanlayıb: “Sülhə gedən yol ölkələri və xalqları münaqişələrə, müharibələrə, faciələrə aparan problemlərin aradan qaldırılmasından keçir. Təəssüf ki, erməni diaspor təşkilatlarının nümayəndələri bu aşkar həqiqəti anlamaq və tanımaq istəmirlər. Xüsusilə, İsveç və Almaniyanın erməni icmaları Qarabağ separatçılarının bəyanatını dəstəkləyir, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını pisləyirlər”.



Dünya Azərbaycanlıları Beynəlxalq Fondu bildirib ki, İsveç və Almaniyadakı, eləcə də digər ölkələrin erməni icmalarının müraciətləri həqiqətən də təxribat xarakterlidir: “Bu çağırışlar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin nümayişidir, separatizmə açıq dəstəkdir. Erməni separatçılarının dünya tərəfindən tanınmış Azərbaycan ərazisində bu cür hərəkətlərinə təkan verməklə İsveç və Almaniya, eləcə də dünyanın digər ölkələrindəki erməni icmaları yeni müharibələr və faciələrə stimul verirlər. Azərbaycan isə sülh, dövlətlərin ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquq normalarına riayət etmək mövqeyindədir. Rəsmi Bakının bu mövqeyini dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla azərbaycanlı dəstəkləyir”.

Dünya Azərbaycanlıları Beynəlxalq Fondu həmin ölkələrin rəsmi qurumlarını Azərbaycana qarşı bu təxribatların arxasında duranları məsuliyyətə cəlb etməyə çağırır.

Xatırladaq ki, N.Paşinyan açıqlamasında yeni müharibənin qarşısını almaq üçün Ermənistanın “Qarabağın öz müqəddəratını təyin etməsindən” imtina etməli olduğuna diqqət çəkib. O, həmçinin qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisi 86,6 min kvadratkilometrdir.









Xəbər 1083 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +