İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


27.04.2023  08:46 

ALİM olmaq yaxşıdır, ya DEPUTAT?





A+  A-

Xalqı düşdüyü ağır vəziyyətdən çıxarmaq üzərində düşünüb baş sındırmasan, cibini güdsən, lap akademik də olsan, mənası yoxdur.

Müsahibim tələbə, doktorant və dissertantları əsir-yesir edən, dissertasiya şəbəkəçiliyindən, onların müzakirələrindən, rəylərdən, xüsusən, “redaktələr”dən, bir sözlə, alıb-aldatmalardan qaz vurub qazan dolduran, insanların həyasını istismar edib nüfuz sahibinə çevrilən, milli heysiyyətdən məhrum qəbih bir professordur. Ömür boyu elmi həqiqətləri gənclərdən gizlədib, onların irəliləməsinin qarşısını alıb, bu yolla millətin gələcəyini məhv edib.

Bu qəbildən olan alçaqlar elə ediblər ki, xalqın balaları diplom, dərəcə alsınlar, ancaq kəmsavad olsunılar və onların fonunda bu yırtıcılar özlərini elm korifeyi kimi göstərsinlər. Savadsız mühit bu idbar şəbəkənin maddi-mənəvi qida mənbəyidir. İndi bu kəmtər gəda guya mənə ağıl verir:

“Sağlamlığına fikir ver, ömür bir də ələ düşməz. Bir dəfə bil ki, bu millət düzələn deyil; illərdir, özün deyib özün eşidirsən. Balam, 8 ildir, “yağlı” bir şöbənin müdirisən. Neçə müzakirələr olur o şöbədə?! Bax, hər müzakirədən başqaları kimi 1000 demirəm, 500-600 alsaydın, üstəlik, o nalanı müqəddəs “redaktə”yə göndərsəydin, indi Almaniyanın ən yaxşı hospitalında müalicə olunardın! Odur, e, professor Səyka Qapgötürlü “redaktə”nin birini 2000 mindən aşağı etmir. And olsun, keçən dəfə həmin bu Səyka alış-veriş ortağı prof. Bozdar Leşyeyənliyə düz 2200 sayıb verdi! Halbuki dissertasiyanı 20 gün özündə saxlayıb sonra sahibinə qaytaran Bozdar işdə cəmi 3-4 vergülün və iki dənə də “belə ki” sözünün yerini dəyişmişdir.

Vallahi, biz gördüyümüz kefin birini deputat görsə, ürəyimiz partlayar, dilə-dişə düşmədən kefimizdəyik!”
Deputat demişkən, yadıma deputat Vahid Əhmədov düşdü. Deputatın müsahibəsinin hər cümləsinin elə deputat həmkarları tərəfindəncə az qala Quranın mütəşabih ayələri kimi təfsir edilib mənalandırılması, adamın linç edilməsi, doğrudan da, ağlasığmazlıqdır.

Mənim müşahidəmə görə, Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyəti xalqa tam adekvatdır. Bir çoxu öz savadına, təhsilinə, dünyagörüşünə görə əsl seçilmişlərdir. Kimin seçməsinin fərqi yoxdur. Ona görə də mandat rahatsızlığı keçirməyə heç bir əsas yoxdur. Xalqın demokratik seçki şüurunun formalaşmasına gəlincə, buna xeyli vaxt və ciddi maarifləndirmə lazımdır.

Keyfiyyətli təhsil isə bunun başında gəlir... Qaldı da ki, bir dəliliyə məclisi alt-üst edəcək "Dəli Həsən"i seçmək şüurundayıqsa, ağılı, praqmatik bir şəxsin seçilib təyin olunması daha yaxşıdır. Hələ ki, acı da olsa, reallığımız budur... 70 il sovet sistemində yaşayıb formalaşmış xalqın hazır olmadığı demokratiyaya məcbur edilməsi – ənənəvi demokratik sistemə alışmış Qərbin zorla "sovet" olmasını tələb etmək kimi bir şeydir. Bunun bir adı var, o da işgəncədir. Bəli, bu 30 ildə keçmiş sovet respublikalarına olmazın işgəncələri verilir, vaxtı çatmadan çoxpartiyalılıq imitasiyalarına, demokratik seçki təqlidlərinə məcbur edilirlər. İstəsək də, istəməsək də, dünyaya inteqrasiya edəcəyik, bu zamanın tələbidir, amma zorla deyil, təbii inkişaf yolu ilə. Uzun müddət bir ideologiya üzərində formalaşmış şüurun, mentalitetin dəyişməsi 20-30 ildə mümkün olan şey deyil.

Guya sovet dövründə müasir anlamı ilə demokratiya yox idi deyə qanun, ədalət yox idi, yaxud bir-birimizi qırırdıq, söküb-talayırdıq, ya mənəviyyatsızlıq, əxlaqsızlıq baş alıb gedirdi və ya insanlıq, qarşılıqlı hörmət və ehtiram yox idi?!

PS. Platon deyirdi ki, demokratiya “kütlənin hakimiyyəti” (the rule of the mob) – dövlətin ikinci ən pis formasıdır. Oksford Universitetinin professoru, filosof-ilahiyyatçı Keys Vard xatırladırdı ki, Adolf Hitler demokratik yolla hakimiyyətə gəlmişdir... Tutaq ki, Afrikada rasizmin tüğyan etdiyi bir cəmiyyətdə yaşayırsan və orada böyük əksəriyyət ağdərili insanların məhvini istəyir. Belə olan halda nə etmək lazımdır? Əlbəttə, belə situasiyada hər kəsə öz fikrini ifadə etmək haqqını tanımalısan. Əks təqdirdə, ümumi səsvermə yolu ilə ağdərili azlıq dərhal məhv edilərdi...

İdris Abbasov
Professor


Xəbər 373 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +