“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


17.03.2023  17:11 

Avropa İttifaqı Rusiya və Türkiyəni Cənubi Qafqazda görmək istəmir





A+  A-

Avropa Parlamentinin Azərbaycanla bağlı sənədlərinə bir də nəzər saldım. Bu sənələrdə bizim üçün maraqlı olan çox şey var. Məsələn, 2023-cu ilin fevralın 20-də qəbul olunmuş sənəddə 8 və 9-cu maddələrinə diqqət edək. Sənədin “Conflict resolution and normalisation of Armenia-Azerbaijan relations” (Münaqişənin nizamlanması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması) bölməsində Rusiya və Türkiyəyə qarşı (elə Azərbaycana da) fikirlər yer alır.

Avropa Parlamenti bəyan edir ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Rusiyanın dürüst vasitəçi kimi etibarı və imkanları zədələndi. Rusiyanın regionda ləyaqətdən uzaq və ziyanlı rol oynadığını və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını vurğulayırır. Çünki münaqişənin uzadılması Moskvaya həm Ermənistan, həm də Azərbaycan üzərində mühüm təsir rıçaqları verir...

Gördüyünüz kimi, Avropa İttifaqı Rusiyanın mənfi rol oynadığını birmənalı şəkildə etiraf edir.

Həmin sənədin növbəti-9-cu bəndində isə Avropa İttifaqı Türkiyəni və Azərbaycanı hədəfə alır. Sənəddə deyilir: “Türkiyənin Cənubi Qafqazda ekspansionist və sabitliyi pozan rolunu, o cümlədən 2020-ci ildə II Dağlıq Qarabağ Müharibəsində Ermənistana qarşı Azərbaycan tərəfində döyüşmək üçün suriyalı muzdluların göndərilməsini pisləyir.

Türkiyənin regionda konstruktiv rol oynaması üçün Azərbaycana qeyd-şərtsiz dəstəyini yenidən nəzərdən keçirməlidir və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atmalı olduğuna inanırıq.

Avropa İttifaqı Türkiyəni Azərbaycana ən yüksək səviyyədə dəstək verməkdə suçlayır. Eyni zamanda, Türkiyəni Ermənistana qarşı müharibədə iştirak etmək üçün Azərbaycana suriyalı muzdluları göndərməkdə ittiham edir. Yəni Avropa İttifaqı hazırda Kemal Kılıçdaroğlunun xarici məsələlər üzrə məsləhətçisi olan Ünal Çeviközün ilk olaraq səsləndirdiyi, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron və erməni təbliğatının əsas tezisinə çevrilən fikri yenidən tirajlayır. Buna görə həm Türkiyəni, həm də Azərbaycanı günahlandırır. Dolayısı ilə Ermənistanı müdafiə edir...

Bir daha aydın olur ki, Avropa İttifaqı nə Rusiyanı, nə də Türkiyəni Cənubi Qafqazda söz sahibi kimi görmək istəmir. Onların hər ikisini Ermənistan-Azərbaycan münaqişəsində qərəzli sayır. Özünü isə bu münaqişəni həll edə biləcək ədalətli tərəf kimi təqdim edir...

Təbii ki, Avropa İttifaqının öz maraqları var. O da birmənalıdır ki, Rusiyaya baxanda Avropa İttifaqı “imam övladı” kimi bir şeydir. Mənim baxışıma görə, ermənipərəst mövqedə olması şübhə doğurmayan Avropa İttifaqı bizim üçün Ermənistanla danışıqlar aparmaq baxımından ən münasib tərəfdir. Brüssel müstəvisi daha məqbuldur.

Azərbaycan üçün ən təhlükəli müstəvi isə Moskva müstəvisidir...

Elbəyi Həsənli

Xəbər 621 dəfə oxunub.




22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +