“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


15.02.2023  18:09 

Şərəfinizi bildik, bəs heçmi abırınız, əxlaqınız yoxdur?





A+  A-

Məktəb şərəf yeridir, məktəb ləyaqət yeridir. Təsəvvür edin, məktəb direktoru yaltaq, ikiüzlü, rəhbərliyin səhv qərarlarını, yanlışlıqlarını bilə-bilə dəstəkləyir, cəsarət nümayiş etdirmir, qorxaqlıq göstərir, süləklik edir, rəhbərliyin yanlış istiqamətlərini görür, amma tərifləyir, yalandan qaloşluq edir.

Sonra da gənc nəslin təlim və tərbiyə işinə rəhbərlik edir. Hamı bilir ki, rəhbər süləkdirsə, yalançıdırsa, vay o təhsil müəssisəsinin halına. Elə o adamlardır, bir təzyiqdə dostlarını, silahdaşlarını satan.

O yalançı, qorxaq adamlar Türkiyədə keyfiyyətsiz bina tikənlərin tayıdır. O keyfiyyətsiz bina tikənlər canımız Türkiyədə uşaqları dağıntı altında qoydular, burada da bu rəhbərlər balalarımıza qarşı eyni terroru mənəvi sahədə aparır.

Deyim, direktorun yaltaqlığının arxasında nələr dayanır, onsuz da bilirsiniz: fond pulu yığımı, dərnək pullarını mənimsəmə, "ölü canlar", bayram pulları, qiymətləri pulla yazma, aylıq pul yığımı, dərs əvəzlərinin yığımı və s. Yoxsa niyə yaltaq olsunlar ki?!

Bəli, Elmsiz Təhsil Nazirliyi məktəblərə ərizə forması göndərib, Türkiyəyə yardım adı ilə.

Ay qardaşım, ay bacım, hamı birbaşa Türkiyə fondlarına yardımlar etdi və davam etdirir.

Hamı sevərək, yanaraq etdi. Bu könüllüdür, bu sevgi, sayqı üçündür. Bəs bu məcburi "könüllü" ərizəsi nə üçündür? Siyahıya alırsınız camaatı? Niyə insani hisslərlə oynayırsınız? Bu kimin dəyirmanına su tökməkdir? Utanmırsınız? Şərəfinizi bildik, bəs heçmi abırınız, əxlaqınız yoxdur? Nə siyahıbazlıqdır?!

Özünüzdən Amerika kəşf edirsiniz? Bu hoqqaya son qoymaq lazımdır. Əminəm ki, əksər müəllimlər, qardaşlarımıza yardım edib, bu, davam edəcək. Siz belə etməklə görülən işlərə kölgə salırsınız, ictimai narazılıq yaradırsınız.

Xatırlayın, nazirin həmin müəllimlərin əksəriyyətini savadsız, "şaftalı" sözünü yazı bilməyən adlandırmasından elə də çox vaxt keçməyib. Niyə müəllimlərə qarşı səlib yürüşünə davam edirsiniz? Niyə dövlət təhsil işçilərini çirkin əməllərinizə alət edirsiniz?

Kefli İsgəndərin monoloqunu yadınıza salın, ağalar!

Kamran Əsədov
Təhsil eksperti



Xəbər 1060 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +