İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


02.02.2023  21:20 

AY Partiyadan “Tıxacda qalmağa son!“ təklifi





A+  A-

TRAMVAY və METROBUS PAYTAXTA QAYTARILSIN...

Bu günlərdə Azərbaycan Yüksəliş Partiyası ictimai nəqliyyatda tariflərin qaldırılmasına qarşı etiraz bəyanatı verməkdən qalmadı, həm də şəhərdaxili sərnişindaşımanın müasir standartlarda, müntəzəm, əlçatan, keyfiyyətli və təhlükəsiz təşkili ilə əlaqədar bir sıra təkliflər tövsiyə edib. Təkliflərdən biri paytaxt nəqliyyatına tramvayın qaytarılması, daha yenisi - metrobusun layihələndirilərək işə salınmasıdır.

Təklifləri XəzərNews.az-a şərh edən AY Partiya Başqan müavini Rəşad Bakuvi xatırladıb ki, Bakı vaxtilə tramvaylar şəhəri olub:

"Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində tramvay və metrobus sərnişindaşımada ən önəmli nəqliyyat vasitələridir.

Abşeronda və paytaxt Bakıda (digər böyük şəhərlərimizdə də mümkündür) əhali sayının durmadan artdığını nəzərə alsaq, bununla əlaqədar olaraq, yüklənən şəhərin daxili ictimai nəqliyyatını müasir standartlarda, müntəzəm, əlçatan, keyfiyyətli və təhlükəsiz formada təşkil etmək xeyli müşkül işə çevrildiyindən, təklif edirik ki, Abşeron rayonunun və paytaxtın ümumi yol-nəqliyyat xətlərinin (ən ucqar nöqtələr belə nəzərə alınmalıdır) vəziyyəti, strukturu əsaslı təhlil edilməklə, şəhərimizdə ekoloji cəhətdən daha təmiz, ən vacibi - daha az xərc tutumlu elektrik enerjisi ilə işləyən müasir son model tramvay sərnişindaşıma xidməti bərpa edilsin. Eyni qaydada şəhərlərarası və rayonlararası metrobus nəqliyyat növünü də yaratmaq olar".

R.Bakuvi bildirib ki, bu planda qardaş Türkiyənin ən önəmli meqapolisi İstanbulda artıq xeyli müddətdir işə salınan metrobus xidməti yaxşı örnək hesab oluna bilər:

"Tramvay və metrobus vətəndaşlar üçün bir neçə kritik problemi həll edə bilir. Bunlardan ən önəmlisi tramvayın və metrobusun öz spesifik dəmir yolu xətti ilə hərəkət etməsidir ki, bu da sürətli sərnişindaşıma xidmətini təmin edir. İkinci ən vacib üstünlüyü ucuz olmasıdır.

Daha avtobuslar kimi başqa nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmır, tıxaclara səbəb olmur. Vətəndaşı daşıyan nəqliyyat vasitələri fasilə vermədən, yolda tıxacda ləngimədən saat kimi işləməyə başlayır, sərnişinləri vaxtında mənzil başına çatdırır.

Tramvaylar və metrobuslar daha mədəni, daha sabit və təhlükəsiz, estetik baxımdan daha gözəl sərnişindaşıma vasitəsidir. Vətəndaş fiziki olaraq sağa-sola yırğalanmadan, əzilmədən keyfiyyətli xidmət əldə edəcək".

R.Bakuvi əlavə edib ki, tramvay və metrobusun ekoloji təmiz nəqliyyat vasitəsi olması, şəhərimizin çirkli, boğucu havası bu mənada da müəyyən miqdarda zəhərli qazlardan qurtulmuş olacaq:

"Avtobuslardan fərqli olaraq müasir tramvay və metrobusların texniki baxımı, saxlanma, amortizasiya xərcləri indiki istifadədə olan çox baha alınan avtobuslardan dəfələrlə aşağıdır.

Təklif müzakirələrə açıqdır və hər kəs polemikaya qoşulub bu barədə fikir dartışması apara, təkliflər verə bilər".

Xəbər 754 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +