“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


30.01.2023  15:50 

Əvəz Zeynallının təcili əməliyyat ehtiyacı var





A+  A-

DTX-nin İstintaq Təcridxanasında saxlanılan Əvəz Zeynallının təcili katarakta əməliyyatına ehtiyacı var, amma bunun üçün şərait yaradılmır.

XəzərNews.az xəbər verir ki, bu barədə Turan-a onun həyat yoldaşı Məlahət Qisuri bildirib.

Onun sözlərinə görə, ailə əməliyyatı DTX-nin hospitalında və ya mülki klinikada etmək xahişi ilə müraciət edib. Ailəyə səbr etməyi tövsiyə edirlər, məsələnin həll olunacağını deyirlər.

O qeyd edib ki, əməliyyat hələ Zeynallı həbs edilməzdən əvvəl təyin edilib, amma həbs səbəbindən baş tutmayıb.

Zeynallı hipertoniya və şəkərli diabetdən əziyyət çəkir. “Onun ailə üzvləri ilə telefon danışığı və görüş hüquqlarının pozulması, verilən dərmanlara baxmayaraq, onun səhhətini pisləşdirir”, deyə həyat yoldaşı qeyd edib.

Ötən çərşənbə axşamı o, Baş Prokurorluğun İstintaq İdarəsi qarşısında Zeynallının hüquqlarının təmin edilməsi tələbi ilə etiraz aksiyası keçirib.

“İstintaq İdarəsinin rəis müavini 2-3 gün ərzində məsələyə baxacağına və həll edəcəyinə söz verib. Amma bir həftəyə yaxın vaxt keçib və heç bir nəticə yoxdur. Əvəzin hüquqları təmin olunana qədər mən hər çərşənbə axşamı Prokurorluğun qarşısında aksiya keçirəcəyəm.

Sabah 11:00-da biz yenə etiraz aksiyası keçirəcəyik. Dostlar və tanışlar da mənə qoşulacaq”, deyə Qisuri bildirib.

* Vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı sentyabrın 10-da rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də isə məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Sonradan Zeynallıya qarşı CM-in 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddəsi ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Zeynallının həbs müddəti 3 ay uzadılıb.

Xəbər 623 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +