“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


29.12.2022  15:06 

XALQIN QANINI İÇİB DOYMADINIZMI?!





A+  A-

Övladlarına Nyu-Yorkda 4,5 milyon dollara mülk almasına haqq qazandıran (ata övladına miras qoyar da) sabiq xarici işlər naziri Elmar Məmmədyarov yenə medianın belinə minib.

Uzun illər nazir postunu tutub özünə xidmət edən cənab indi də vaxtilə tapşırıqla nazirliyə işçi kontingenti qəbul etməsinə haqq qazandırır. O, bu gerizəkalılığı Azərbaycanın kiçik ölkə və bir ailə olması ilə əlaqələndirir: “Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir...”

“Kiçik ölkə” deyə-deyə kiçiltdiniz bizi. Bəs nazir olmuşdunuz ki, xidmətinizlə kiçik ölkəni böyüdəsiniz də! Siz də əvəzində cibinizi, mülkünüzü böyütdünüz! İndi də hələ utanmadan bu qəbih tendensiyanı təbliğ edirsiniz! Sizin qafada olanlarla ölkə düzələrmi? Əsla!
Qəlbiniz İrlandiyada, Nyu-Yorkdadır.

Bəxtsiz Azərbaycanımız isə sizin üçün müftə yem yeridir. Müasir dünyada dövlətin böyüklüyü onun coğrafi ərazisi ilə ölçülmür, cənab yeyimcil! Elə Yaxın Şərqə baxın: İsrail dövləti ərazicə çox böyükdürmü?!

Ya könül quşunuzun qanad çaldığı Avropada kiçik ərazili böyük dövlətlər görmədinizmi?!

Onda Azərbaycan sizin üçün niyə kiçikdir? Ölkəni kiçik görmək sərf edir, hə? Böyük olanda, yəqin, məmur olub uşaqlara milyonluq mülklər almaq olmur, vəzifədə kef eləmək omur, yeyib-dağıdıb sonra azad gəzmək olmur, deyilmi? Niyə feodalizmi, geridəqalmışlığı, qohumbazlığı, yeyib-dağıdıb cəza görməməyi Azərbaycan üçün rəva görürsünüz? Bizə bu qədərmi nifrət edirsiniz? Nə istəyirsiniz bu yetim qalmış xalqdan? Haqqını yediniz, qanını içdiniz, övladlarını işsiz-gücsüz qoyub sığındıqları Azərbaycandan didərgin saldınız, bəs etmədimi?

Halbuki vicdansıscasına taladığınız bu torpaqda onlara bir tikə çörək lazım idi. Yəni sizin oğurladıqlarınızın milyonda biri onlara bəs edirdi. Onu da çox gördünüz!

Nə edək ki, atanızın akademik titulu olub? İsa Həbibbəyli də eynən!

Akdemiklərin özləri, ərköyün və qan sormağa öyrədilmiş balaları nə vaxtadək xalqın canını boğazına yığacaqlar?!

Siz xalqın canı, qanı hesabına harınlayıb mülklərə yiyələnməyi legitimləşdirirsiniz! Bəs gün çörəyinə möhtac yüz minlərlə Azərbaycan övladları -insan olmaları bir yana qalsın - sizin nəzərinizcə, adi canlı kateqoriyasına da aid deyillərmi?

Yaxşı, siz akademikin oğlusunuz, digəri məmurun oğludur, o biri korrupsionerin, yaxud quldurluq yolu ilə milyoner olmuş qatilin oğludur və s.

Bəs tapşırılmayan, övladlarının adi təhsil haqqını ödəyə bilməyən Azərbaycan vətəndaşları dərdlərini kimə desinlər?!

Daşürəklilikdə və vicdansızlıqda elə bil hamınız bir qəlibdən çıxmışınız!

Düzünü deyin, görək, qanımızı içib ondan hasil olan milyonları daşıdığınız ölkələrdə Azərbaycanda etdiyiniz qanunsuzluqların, özbaşınalıqların, qəddarlıqların, “kişilik”lərin birni edə bilərsinizmi?

Əlbəttə, edə bilməzsiniz, basıb gözünüzü çıxararlar!

Bəs sizi adam yerinə qoyan Azərbaycan xalqına niyə belə zülm edirsiniz?

Niyə məzlum xalqın qanını sorub milyonları Conlara, Alekslərə, Mıkrıtıçlara yedirirsiniz?

Niyə sizi sevib bəsləyən və yüksəldən xalqa kəm baxdığınız halda, əzazil yadellinin dabanını yalayır, üstəlik, xalqı və ölkəni kiçildir, özünəinamsızlıq atmosferi yaradırsınız?

Vəzifədə oturdunuz, yediniz, dağıtdınız. İndi də xalqla məzələnib gün keçirirsiniz?

Duxunuz çatırsa, gedin, könlünüzün qibləgahı olan Nyu-Yorkda, İrlandiyada, lap belə İtaliyada bu cür məzələnin!

İdris Abbasov

Xəbər 730 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +