“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


23.12.2022  13:19 

“Bu əmlaklar daha çox vəzifəli, imtiyazlı adamlara aiddir”





A+  A-

“Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdən külli miqdarda vəsaiti, burada yox, xarici ölkələrdə mülkləri, binaları üzə çıxır. Bunlar dövlətin vəsaitləridir. Bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, cinayət yolu ilə əldə edilmiş əmlak sözü sıravi vətəndaşa aid deyil: “Bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir”.

Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanması, şəffaflandırılmasının vaxtı çatıb: “Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.

Sabir Rüstəmxanlı əlavə olaraq xatırladıb ki, PKK hələ də Azərbaycanda terror təşkilatı kimi tanınmayıb: “Biz hələ də PKK-nı terror təşkilatı kimi tanımamışıq. Düzdür, bununla bağlı Prezidentin münasibəti var, bildirib. Amma hələ də qanunvericilik olaraq terror təşkilatı ilə bağlı qərar verilməyib”.


Xəbər 839 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +