İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.12.2022  09:51 

Zelenski ABŞ Konqresində nələrdən danışdı?





A+  A-

Rusiyaya qarşı 300 gündən çox davam edən müharibə zamanı Ukrayna hərbçiləri öz ölkələrini müdafiə edir, lakin döyüş meydanında qalib gəlmək üçün onlara daha çox silah lazımdır.

XəzərNews.az xəbər verir ki, bunu dekabrın 22-nə keçən gecə ABŞ Konqresində çıxışı zamanı Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin çıxışı "Amerikanın Səsi"nin Ukrayna xidməti tərəfindən YouTube-da yayımlanıb.

"Budur, cəbhə xətti, tiranlıq - azad insanların həyatına qəddarlığın həddi-hüdudu yoxdur - və sizin dəstəyiniz nəinki belə bir mübarizəyə dözmək, həm də qalib gəlmək üçün dönüş nöqtəsinə çatmaq üçün vacibdir. Bizim artilleriyamız var, bəli, sağ olun. Bu kifayətdirmi? Düzünü desəm, tam yox" - deyən Zelenskinin sözlərinə görə, Ukrayna öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparır.

O, ABŞ-ı bu məqsədlərə çatmaq üçün Ukraynaya dəstəyi davam etdirməyə çağırıb:

"Sizin pulunuz xeyriyyəçilik deyil. Bu, qlobal təhlükəsizliyə və demokratiyaya qoyulan sərmayədir, biz buna məsuliyyətlə yanaşırıq".

ABŞ Konqresində çıxışı zamanı Zelenski işğalçılardan qorxmamasını Rusiya təcavüzünə qarşı mübarizədə ilk qələbə adlandırıb. O, Rusiyanın özünə müttəfiq kimi İranı tapdığını qeyd edərək, onları Ukrayna ərazisində dayandırmağa çağırıb.

Zelenski həmçinin ABŞ Konqresini Ukraynaya yardımı artırmağa səsləyib.

Prezident çıxışının sonunda Ukraynanın döyüş bayrağını Baxmutdan Konqresə təhvil verib, əvəzində Zelenskiyə ABŞ bayrağı təqdim edilib.

Dekabr ayında Konqresdə 2023-cü il üçün dövlət maliyyəsi haqqında qanun layihəsi təqdim edilib və bu qanuna görə Ukraynaya və NATO müttəfiqlərinə Rusiyanın təcavüzünə qarşı mübarizə üçün 44,9 milyard dollar yardım göstəriləcək.

XəzərNews.az

Xəbər 535 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +