Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.11.2022  14:52 

Türkiyədə olan dərman Azərbaycanda 7-8 dəfə baha satılır...





A+  A-

“Büdcənin xərc siyasətinə baxanda prioritet sahədə müdafiə, səhiyyə, təhsildir”.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, amma bir sıra məsələlər var ki, narahatlıq doğurur: “Ərzaq təhlükəsizliyi və qiymət artımı əsas narahatlıq yaradan problemlərdəndir. Azərbaycanda 2022-ci ildə kənd təsərrüfatı sahəsinə kifayət qədər vəsait ayırmışdıq. Ümumi götürəndə bu sahəyə 2 milyard manata yaxın vəsait ayrılmışdı. Amma rayonlardakı vəziyyət, istehsal olunan məhsulların satışı gözlənilən kimi deyil. Kənd təsərrüfatı sahəsində subsidiyalar olsa da, problemlər kifayət qədərdir. Gübrənin qiyməti kifayət qədər artıb. Gübrənin qiyməti ilə əlaqədar subsidiyanın məbləğinə də baxılmalıdır. Biz ərzaq təhlükəsizliyini təmin etmək istəyiriksə, kənd təsərrüfatının inkişafına diqqəti artırmalıyıq”.

Deputat Azərbaycanda süni qiymət artımı olduğunu bildirib: “İnflyasiya nə qədər olsa da, süni qiymət artımı daha çoxdur. Biz bir neçə təklif verdik. Ərzaq məhsullarının ƏDV-si endirilsin. Buna getmək lazımdır. Biz nə qədər maaşları artırsaq da, artan inflyasiyanın qarşısını ala bilməyəcəyik. Sosial müdafiədən söhbət gedirsə, hamı pul almır. Bu da nəzərə alınmalıdır. Bizi narahat edən, əsasən, aztəminatlı təbəqədir. Bu təbəqəyə şərait yaratmaq lazımdır ki, ən azından özlərini gündəlik ərzaqla təmin edə bilsin”.

Deputat qiymət artımının ən çox dərmanlarda müşahidə edildiyini də deyib: “Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Bu sahədə ciddi monitorinqlərə ehtiyac var. Necə olur ki, Türkiyədə olan dərman Azərbaycanda 7-8 dəfə baha satılır? Bu, əhalini ən çox narahat edən problemdir”.

Deputat bank faizlərinin də yüksək olduğunu diqqətə çatdırıb: “Sahibkarların əsas problemi kredit faizlərinin yüksək olmasıdır. Azərbaycanda niyə İnvestisiya Fondu yoxdur? Azərbaycanda investisiya fondları yaradılmalıdır, vəsaitlərdən istifadə etmək lazımdır. 20%-lə kredit verirlər. Bu, çox ciddi problemdir. Bank sahəsində digər ciddi problem girov məsələsidir. 5 il girov götürürlər. Bəs sahibkar 5 il nə etsin? Kredit məsələsini həll etmək lazımdır. Rayonlarda hamı istəyir taxıl əksin. Amma adamların vəsaiti yoxdur”.

Xəbər 524 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +