Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.11.2022  14:10 

Əvəz Zeynallının vəziyyəti pisləşir





A+  A-

Jurnalist Əvəz Zeynallı barəsində ev dustaqlığı vəsatətinin təmin edilməməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.

XəzərNews.az xəbər verir ki, bu barədə jurnalistin vəkili Aqil Layıc məlumat verib.

“Ümid edirəm ki, apelyasiya şikayətimiz təmin ediləcək, Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq”, - deyə vəkil bildirib.

Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı “Yeni Müsavat”a bildirib ki, Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsini də məhkəməyə verib. Baş Prokurorluğun İstintaq İdarəsinin Əvəz Zeynallının ailəsi ilə görüşünə və telefon danışıqlarına məhdudiyyətinin aradan qaldırılması ilə bağlı vəsatətə noyabrın 4-də, Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Həyat yoldaşı əlavə edib ki, hazırda jurnalistin səhhəti yaxşı deyil: “Şəkəri yüksəkdir, gözləri də əvvəlki kimi ağrıyır. Kitab oxuya bilmir deyə də çox əsəbidir”.

Məlahət Zeynallı əlavə edib ki, jurnalistin ev dustaqlığına çıxarılması ilə bağlı işlər davam etdirilir. Əvəz Zeynallı və digər siyasi məhbusların işi ilə bağlı nə AŞ PA-da müzakirə aparılacaq: “Avropa Şurası Parlament Assambleyasının 20-dən çox üzvü Azərbaycanda siyasi məhbusların sayının artması ilə bağlı qətnamənin qəbul edilməsi ilə bağlı vəsatət verib. Vəsatət cənab Maurizio Buccarella və assambleyanın digər üzvləri tərəfindən təqdim edilib. Təklif assambleyada müzakirə olunacaq və bu məsuliyyəti yalnız onu imzalayanlar öhdəsinə götürür. Vəsatətdə deyilir ki, Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı təqiblərin artması və buna uyğun olaraq orada siyasi məhbusların sayının artması narahatlıq doğurur”.

Xəbər 605 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +