Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


22.07.2022  18:07 

Hakim müharibə iştirakçısını intihar etməyə çağırıb?





A+  A-

"Bir məhkəmənin hakimi icraatında olan cinayət işini 2 il uzadırsa, deməli, həmin işdə dəlil yetərsizliyi var və sübut tapa bilmir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Vətən müharibəsi iştirakçısı Röyal Hacıyev çıxış edib.

"Burada 60 yaşlı bir insanın günahsız yerə həbs olunmasına səbəb yalnız Rafiq Ədilovun hakimə verdiyi külli miqdarda rüşvət olub. (06 mart 2021-cil saat 10:30-da Bakı şəhəri, Elmlər metrosunun qarşısında görüşüblər və sövdələşiblər. Buna sübut 005 saylı təhlükəsiz şəhər kamerası və hər ikisinin telefon anten dairəsi). Hələ Nahid Mirzəyev utanmaz - utanmaz mənə “sən də digər qazilər kimi intihar et, bəlkə atanı azadlığa buraxdıq” - deyir və məni intihar etməyə çağırır. Nə deyək belələrinə... Allahın varlığını unudub pula sitayiş edirlər, Allah o dünyaların versin, bu dünyada bir gün görmədilər", - deyə R.Hacıyev bildirib.


Foto: Hərbi geyimdə Röyal Hacıyev

Qeyd edək ki, Nahid Mirzəyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsində Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Mübariz Hacıyevin məhkəmə işi başa çatsa da təqsirlənirilən şəxslər çıxarılan hökmdən narazıdır.

Onlar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi, hazırda 11 saylı Regional Ekoligiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Manitorinqi və Ekoloji Marifləndirmə sektorunun müdiri vəzifəsində çalışan Rafiq Ədilovun heç nə olmamış kimi prosesdən kənarda qalmasını ədalətli qərar hesab etmirlər. İddia edirlər ki, necə ola bilər ki, heç bir sərəncam vermək hüququna malik olmayan məsləhətçi Mübariz Hacıyev 6 il azadlıqdan məhrum edilir, lakin bu işlərin iştirakçısı olan – Mübariz Hacıyevi bütün sövdələşmələrə göndərən Rafiq Ədilov isə sadəcə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsindən çıxarılaraq başqa işə keçirilir. Baxmayaraq ki, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi səs yazısındakı dialoqlardakə qanunsuz torpaq daşınmasında Rafiq Ədilovun bilavasitə iştirakı təsdiqlənir.


Foto: Rafiq Ədilov


Xəbər 2803 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +