Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.06.2022  09:55 

Uqanda ölkəmizin “ASAN xidmət” və rəqəmsal hökumət təcrübəsini öyrənir





A+  A-

20 – 24 iyun 2022-ci il tarixində Uqanda Milli İnformasiya Texnologiyaları Agentliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

XəzərNews.az xəbər verir ki, məqsəd “ASAN xidmət” modeli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanış olmaq, eləcə də gələcək əməkdaşlıq barədə yol xəritəsinin hazırlanması və ölkəmizin müvafiq sahələr üzrə qabaqcıl həllərinin Uqandada tətbiqi istiqamətində müzakirələrin aparılması olub.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüşüb. Ceyhun Salmanov qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bundan əlavə Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət, startap ekosistemlərinə dəstək, sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyətlər barədə qarşı tərəfə məlumat verilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Həmçinin görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Elektron Hökumətin İnkişafı Mərkəzində qonaqlara rəqəmsal hökumət çərçivəsində həyata keçirilən layihələr, o cümlədən “MyGov, ”“ASAN viza”, “ASAN Ödəniş”, “ASAN Bridge” və digər innovativ layihələr barədə geniş təqdimatlar edilib.

Uqanda nümayəndə heyəti Bakı şəhərində yerləşən 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzi, Şamaxı “ASAN Həyat” kompleksi, həmçinin Səyyar ASAN xidmət, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “BİLİM Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.

Səfər çərçivəsində nümayəndə heyətinə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi, Rəqəmsal texnologiyalar və İnnovasiyalar şöbələri, həmçinin “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun üzvü olan müxtəlif şirkətlər tərəfindən də təqdimatlar edilib.

Nümayəndə heyətinin rəhbəri səfərin yekunları ilə əlaqədar ASAN Radioya müsahibə verib.

Xəbər 1007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +