“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


08.02.2022  14:37 

“Xalqı aldatmayın, kim səhnəyə yeni çıxırsa pulu ödəməlidir“





A+  A-

Müğənni Xatirə İslam aparıcı Kazım Sübhanın ifaçıların efirə çıxması üçün qonorar istəmələri haqda çıxışına münasibət bildirib.

Xatirə Kazıma instaqramda cavab verib: “Kazım, sən də televiziya vasitəsilə tanınmısan. Özü də bizdən fərqli olaraq pul xərcləmədən. Bu gün televiziyadan pul, maaş almırsan? Çəkini bilmirəm, amma 55 kiloqramdan ağır olmarsan. Sənin çəkin ağırlığında televiziyalara pul vermişəm ki, bu gün efirə gedəndə qonorar alım.

Vaxt olub anamın üzüyünü satıb bir verilişə vermişəm, eləcə də hamı. Xalqı aldatmayın, kim səhnəyə yeni çıxırsa o yolu keçməlidir, pulu ödəməlidir. Kiminsə qara qaşına, gözünə görə televiziya onu tanıtmır. Dədəmə borcu var mənim? Mənim istedadım olmasaydı, tanıtmazdılar. İndiki vaxta ağlın getməsin. Biz efirə çıxmırıq, kimi gəldi çıxardırsınız. O vaxt başqa cür idi, sambal məsələsi...”.

İslam bu istəyini rəsmiləşdirməyi də planlaşdırdığını açıqlayıb: “Qaldı ki, bu işin rəsmi olmasına... El bir olsa, dağ oynadar yerindən. Rəsmi də olacaq. Bir neçə nəfər də bu addımı atsın, bax gör, rəsmi olur, ya yox. Bir neçə adama söz vermişdim ki, kefim yaxşı olanda efirə gələcəyəm. Öz işimdir, kimdən qonorar istəyirəm, istəmirəm özüm bilərəm. Bunun yolu budur, belə olacaq. Sənin gözünün qabağında televiziyalara nə pullar xərclənib, bunu bilə-bilə deyirsən ki, vaxtında qarşılıqlı reytinq qazanmısınız. Vaxtında müğənni pulu ödəyib efirə çıxırdı, sənətçiyə ağzına gələni deyib, ağladıb, reytinqi televiziya qazanırdı. İndi ola bilər o şey? Pul ödəyənə güldən ağır söz demək olar? Həm pul verirdik, həm də efirdən sonra anamızın təzyiqi 1200 olurdu. Nə qədər ki, bu müğənnilərdə birlik olmayacaq, bax belə olacaq. Şir elə həmişə şirdir".

Qeyd edək ki, Xatirə İslamdan sonra Natavan Həbibi və Elşad Xose efirlərə getmək üçün kanal rəhbərlərindən qonorar istəyib./“Qafqazinfo”

Xəbər 1550 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +