“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.02.2022  14:01 

Razi Nurullayev: “10 milyonluq yatırımın 2 milyonunu alıblar ki...”





A+  A-

“İş adamlarının əsas problemi qanuni və ya qanunsuz yoxlamaların dayandırılması deyil. Ölkədə biznes mühitinə olan inamdır. Bizim sahibkarlar azərbaycansayağı məsələlərə onsuz da öyrəşiblər. Kim işləyirsə, pis-yaxşı dırnaq içərisində “qaydalar”a uyğun işləyəcək, amma uzunmüddətli kapital yatırımı etməyəcək. Çalışacaq ki, bu gün yatırım etsin, sabah isə gəlir götürsün. Bu da sabaha olan inamsızlıqdan irəli gəlir”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən ilk yaz sessiyasında çıxışı zamanı millət vəkili Razi Nurullayev səsləndirib.

Millət vəkili bildirib ki, hətta, dünən bir nəfər yaxşı tanıdığım şəxs mənə dedi ki, bir yaxın dostu 10 milyonluq iş görür və buna görə 10 milyonluq yatırım edib:

“10 milyonluq yatırımın 2 milyonunu alıblar ki, sənə gəlirli sahə üzrə şərait yaratmışıq. Ad çəkmirəm, çünki, o şəxslərin də sabah üz-üzə gələndə sözlərindən qaçmayacağına əminliyim yoxdur. Etibar edib deyiblər, amma mən burada olmasa da ayrılıqda bu faktı bölüşə bilərəm”.

R.Nurullayev əlavə edib ki, bizim üçün xarici sərmayəçiləri cəlb etmək lazımdır, onlar isə gəlmək istəmir:

“Gəlmək istəyənlərin və yaxud gələnlərin əksəriyyəti azərbaycansayağı işləmək istəyənlərdir. Nədən bilirəm? Çünki, onlarla xarici biznesmen mənə yaxınlaşıb və qeyri-qanuni yollarla işləmək istədiyini deyib. Çoxunu da bizim pul ilə işləmək və qazanmaq maraqlandırır.

Elə bil ki, ölkəmiz bir yağlı əppəkdir, hər kəs əlində bıçaq çəngəl bir tikə qopartmaq istəyir. Bizə isə belələri yox, uzunmüddətli sərmayə qoyan iş adamları maraqlı olmalıdır. Onlar maraqlı olsunlar ki, bu ölkəyə pul yatırıb pul qazanacaqlar. Maraqlı deyillər, çünki, bizim qaydalarımız onlar üçün şəffaf, proqnozlaşdırıla bilən və təhlükəsiz deyil.

Neft və qaz şirkətləri niyə gəldilər və on milyardlarla vəsait xərclədirlər? Çünki, onların yatırımı bizim qanunlarla qorunmur, onlar burada öz qanunları ilə işləyirlər və işə başlayandan sonra heç kim onlara bizim qaydalar üzrə diktə edə bilmir.

Onun üçün də xarici sərmayədarları bu ölkəyə cəlb etmək üçün hüquqi addımlar atılsın. Gözəl danışmağı, rəngli kağızlarda, gözoxşayan rənglərlə təqdimat etməyi bütün vəzifəli şəxslər gözəl bacarırlar. Amma, bu parlaqlığın arxasında yüzlərlə qaranlıq məqamlar var və onlar imlkan vermir ki, xarici iş adamları qeyri-neft sektoruna ciddi yatırımlar etsinlər“.

Xəbər 1295 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +