“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


26.01.2022  12:13 

“Nağdlaşdırma limiti qanunsuzdur” - Ekspert





A+  A-

"Sahibkarlara tətbiq edilən nağdlaşdırma limiti qanunsuzdur".

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Ekspert 2017-ci ildən etibarən dövriyyəsindən (200.000 manata qədər və ondan yuxarı) asılı olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə ay ərzində müvafiq olaraq 15.000 və 30.000 manatdan çox vəsaiti nağdlaşdırmağa imkan verilmədiyini vurğulayıb:

"Son 5 il ərzində Mərkəzi Bankın dəstəyi ilə banklar tez-tez lovğalanaraq gileylənir ki, ay, nə bilim pulumuz (likvid vəsaitimiz) çoxdur, amma hara yerləşdirməyi (yəni kimə kredit verməyi) bilmirik. Əslində, bu riyakarlıqdır. Onlar gözəl bilir ki, hesablarda olan əksər vəsaitlər fərdi sahibkarlara və hüquqi şəxslərə mənsubudr və həmin vəsaitlər banklarda qanunsuz olaraq zorla saxlanılır. Əsas kimi 2017-ci ildən qüvvəyə minmiş "Nağdsız hesablaşmalar haqqında” qanuna istinad edilir”.

Ekspetrt qeyd edib ki, əslində sözügedən qanunun 3.3-cü maddəsinə əsasən, fərdi sahibkarlar və hüquqi şəxslər sadəcə ay ərzində həmin limitdən artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidir:

"Nağdsız hesablaşmanın da nə demək olduğu həmin qanunun 3.1-ci maddəsində təsbit edilib: söhbət digər şəxsə vəsaitin verilməsindən gedir. Yəni hər kəs öz hesabından istədiyi qədər vəsaiti çıxarıb kassasında saxlaya bilər (və bu da ədalətlidir, çünki etimadı zorla qazanmaq olmaz: banklar müflisləşəndə ilk növbədə sahibkarlıq subyektlərinin vəsaiti batır və dövlət onlara təminat vermir). Əsas odur ki, ay ərzində başqalarına nağd qaydada sözügedən limit çərçivəsində ödəniş etsin”.

Ə.Həsənov bildirib ki, qanunu tamamilə yanlış tətbiq edərək banklar süni şəkildə yüksək likvidliklərini təmin edir:

"Kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində xeyli şirkət "ağardığı” üçün də bankların depozit bazası bir qədər də artıb. Amma həmin vəsaitləri kredit verməyə də qorxurlar. Çünki bilirlər ki, vəsaitlərin əksər hissəsi onlarda xoşluqla deyil, məcburən saxlanılır. O cümlədən bank sisteminin guya inkişaf etdiyini göstərmək üçün…”

Xəbər 1239 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +