“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


05.01.2022  19:47 

Gözdəyməsi barədə dinimizdə nə deyilir?





A+  A-

Gözdəymə (bəd-nəzər) məsələsinə İslam alimlərinin münasibəti birmənalı deyil. Bəzi müsəlman alimləri gözdəymənin sadəcə olaraq özünü-təlqin olduğunu bildirir və ona inanmamağı məsləhət görürlər.

Bəzi alimlər isə bunun həqiqət olduğunu, mənfi enerji şəklində bir insandan başqa insana ötürülə bildiyini iddia edirlər. Onlar Qurani-kərimdə Həzrət Yəqub Peyğəmbərlə (ə) bağlı bir hadisəni də öz iddialarına sübut kimi gətirirlər.

Həzrət Yəqub Peyğəmbər (ə) öz oğullarını Misrə göndərəndə onlara tapşırırmışdı:

“Oğullarım! (Şəhərə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun” (Yusif, 67).

Təfsirçilərin bir qismi yazır ki, Yəqub Peyğəmbər (ə) oğullarının sayının çoxluğuna görə onlara göz dəyməsin deyə, şəhərə ayrı-ayrılıqda girmələrini məsləhət görmüşdü. Bəd-nəzərin həqiqət olduğu barədə hədis və rəvayətlər çoxdur. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) öz nəvələri Həsənlə Hüseyni (ə) qorumaq üçün dua oxumuş və buyurmuşdu ki, bu duanı vaxtilə Həzrət İbrahim Peyğəmbər (ə) öz oğulları İsmaillə İshaq (ə) üçün oxuyubmuş. Həmçınin, Peyğəmbərimiz əmisi oğlu Cəfər ibn Əbu Talibin uşaqlarının bəd nəzərdən qorunması üçün üstlərində dua gəzdirmələrinə icazə vermişdi.

İmam Əlinin (ə) isə belə buyurduğu rəvayət edilir:

“Göz dəyməsi həqiqətdir, ondan qorunmaq üçün duadan istıfadə etmək də həqiqətdir”. Gözdəymənin qabağını almaq üçün batil üsullardan (gözmuncuğu, qaratikan, nal) istifadə etmək günahdır. Bəzi məlumatlara görə, nəzər ayəsini (Qələm, 51-52) oxumaqla, yaxud kağıza yazıb öz üstündə gəzdirməklə, ya da evin divarından asmaqla bəd nəzərdən amanda qalmaq mümkündür./islam.az

Xəbər 1378 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +