Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


30.12.2021  10:23 

Boşanmalar niyə artır?





A+  A-

“Son illər nikahların azalması, boşanmaların artması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində bir sıra boşluqların olmasını sübut edir. Son 10​ ildə əhalinin hər 1000 nəfərinə nikahların ümumi əmsalı 8,9-dan 3,5 -ə düşüb. Həmin müddət ərzində isə əhalinin hər 1000 nəfərinə boşanmaları​ ümumi əmsalı 1- dən 1,5-ə qədər artıb”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova deyib.

Millət vəkili bildirib ki, burada müxtəlif​ səbəblər var. Lakin daha dərin​ səbələr əsasən, patriarxal mədəniyyət və tərbiyənin, yanlış stereotiplərin təsiri,​ ailədaxili münasibətlərin düzgün qurulmaması, ailədə rol və vəzifələrin, eləcə də məsuliyyətin aydın olmaması, ailə üzvlərinin psixoloji uyğunluğunun olmamasıdır:

“Təhlillər göstərir ki,​ nikahların pozulması səbəbləri sırasında​ ilk​ sırada​ xasiyyətlərin uyğun gəlmədiyi qeyd olunur.​ Bu da təxminə 60-70​ faiz təşkil edir. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Bu isə​ nikahdan əvvəl​ tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması​ məsələsini aktuallaşdırır.​ Bu istiqamətdə “Ailə Psixoloqu” institutunun, ailə məhkəmələrinin yaradılması, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zərurui tədbirlərin görülməsinə ehiyac vardır. Tərəfimizdən bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilir. Ən yaxşı nümunələrdən biri Türkiyədir. Burada​ ailə psixoloqu həm müvafiq nazirliyin, həm də bələdiyyələrin tərkibində fəaliyyət ğöstərir. Digər təcrübə mediatorluqdur​ və ölkədə bu təcrübənin müsbət nəticələri var. Lakin bu sahədə işləri daha da gücləndirmək lazımdır.​ Boşanmanın digər səbəbləri sırasında reproduktiv sağlamlıq, tərəflərdən birinin zərərli vərdişlərin aludəçisi olması,​ zorakı davranışa meyllilik və s”.

H.Hüseynovanın sözlərinə görə, ailə özü-özlüyündə mürəkkəb anlayışdır, çox tərəfli funksiyaları mövcuddur. Ailənin funksiyaları bir tərəfdən ailə – cəmiyyət, digər tərəfdən ailə – şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir. Cəmiyyətin sosial təsisat kimi ailəyə olan tələblər əsasında​ dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənir.​

Lakin bunun belə, bəzi əsas funksiyaları​ qeyd etmək olar: nəsil artırma, tərbiyə etmə, təsərrüfat-iqtisadi, rekreativ, kommunikativ və tənzimləyici. Bunlar o qədər bir-biri ilə bağlıdır ki, hər hansı ailə haqqında, orada mövcud münasibətlər və ya problemlər haqqında danışarkən bu funksiyalar nəzərdən keçirilməlidir:

“Məsələn, bu gün aktual məsələlərdən biri ailə mədəniyyətidir. Qeyd edim ki, bizim çox gözəl ailə, milli-mənəvi dəyərlərimiz var, və bu dəyərlər nəsildən-nəslə keçərək, bu gün də yaşadılır. Lakin biz qlobal tendensiyaların, informasiya və kommunikasiya texnologiyaların ailə institutuna təsir etdiyini müşahidə edirik. Bu da əlbəttə ki, öz təsirini göstərir və əfsuslar olsun ki, hazırda bir çox ailələrdə biz problemlərin yaşandığının şahidiyik. Aqressiyanın artması, ailə üzvlərinin bir-birinə qarşı dözümsüzlüyü bu münasibətləri daha da dərinləşdirir, ailədə münaqişə və zorakılıq hallarının baş verməsinə səbəb olur. Müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn - övlad münasibətlərinə yeni tendensiyalar gətirir. Təhlillər də göstərir​ ki, valideynlərin övladları ilə ünsiyyətində, xüsusilə də uşağın keçid yaş dövrlərində​ bir sıra çətinliklər yaranır ki, bu da ağır fəsadlara səbəb olur. Eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında valideynlər problemlərlə üzləşir. Bu gün bir çox ailələrdə valideyn olmaq və valideynlik etmək və bu məsuliyyəti daşımaq probleminin olduğunu görürük”.

Millət vəkili qeyd edib ki, ailə dəyərlərinin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda​ sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var: “Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır,​ lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin​ çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısı alınmaz bir prosesdir. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, ər-arvad, övlad - valideyn ünsiyyətində soyuqluq yaradır.​ Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Burada xüsusilə, ailə quran cütlüklərin bir-biri və ailə qarşısında sosial və mənəvi məsuliyyət​ daşımasına toxunmaq istərdim. Bu hiss və cavabdehlik olmayanda, onun yerini eqoizm, natamamlıq tutur ki, bu da yenə ailədə neqativ halların yaranmasına səbəb olur”.


Xəbər 1190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +