“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


05.12.2021  09:41 

Deputat oğlunun London macəraları: gözəllik yarışına bir ətək pul xərcləyib, şirkətlər təsis edib, evlər alıb...





A+  A-

Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə bir neçə il əvvəl Londonda "Miss USSR" ("SSRİ gözəli") müsabiqəsinə bir ətək pul töküb.

XəzərNews.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli deputat Ülvi Quliyevin oğlunun oliqarx həyat tərzi və Böyük Britaniyadakı şirkətləri ilə bağlı maraqlı məlumatlar paylaşıb.

C.Həsənli iddia edir ki, Orxan Quluzadə hələ 2017-ci ildə "Rubicon Production" studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli “Hilton” otelində keçirilən müsabiqənin çəkilişlərinə sponsorluq edib. (https://cinando.com/.../rubicon_production_132630/Detail)
“Nəyə görəsə müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin Londonda xiffətini çəkib. Axı SSRİ dağılanda onun cəmi 2 yaşı var idid” – deyən yazan C.Həsənli əlavə edir ki, o zaman İngiltərənin məşhur "İndependent" qəzeti də bu müsabiqə haqqında xəbəri "High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?" başlığı ilə təqdim etmişdi. (https://www.independent.co.uk/.../miss-ussr-beauty...)

O vaxt Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda Xarici siyasət direktoru olan Yan Bond "The Independent"ə bildirmişdi ki, "bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir".

C.Həsənlinin sözlərinə görə, Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı "Caviar House"nin adı çəkilib.











Jurnalist onu da əlavə edir ki, Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadənin Britaniyadakı iki şirkətindən biri artıq bağlayıb: “Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb.

Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti - GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.

Mənə çatan məlumata görə "profilaktik söhbətlərdə" deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb”.






Xəbər 1974 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +