İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


04.11.2021  14:53 

Nar” “Yaşa, Vətən!” kommunikasiyasına start verir





A+  A-

“Nar” Zəfər Gününə həsr olunmuş “Yaşa, Vətən!” kommunikasiyasına start verir.

Belə ki, mobil operator Vətən müharibəsi nəticəsində
Azərbaycan ordusunun qazandığı şanlı qələbənin ildönümü münasibətilə TV kanallarda təbrik videoçarxı yayımlayacaq və bir neçə əhəmiyyətli sosial layihələr icra edəcək. İlk layihələrdən biri Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid ailələrindən olan tələbələrə dəstək olmaq məqsədilə təqaüd proqramının icrası olub.

Layihənin məqsədi şəhid ailələrinin övladlarına təhsil həyatında dəstək olmaq, onların parlaq gələcəyinə töhfə verməkdir. Layihə çərçivəsində Naxçıvan Dövlət Universitetində təhsil alan 8 tələbə təhsil müddəti boyunca aylıq 200 AZN təqaüdlə təmin olunacaq.

“Nar” olaraq Vətən müharibəsinin ilk günlərindən ortaq amalımıza dəstək olmaq üçün müxtəlif layihələr həyata keçirmişik. Müharibədən sonrakı dövrdə də sosial layihələrimizi daha çox şəhid ailələrinə, qazilərə dəstək istiqamətində formalaşdırırıq. Bu gün də NDU ilə uzunmüddətli əməkdaşlığımız çərçivəsində tələbələri təhsil təqaüdü ilə təmin etməkdən böyük məmnuniyyət duyuruq”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib.

“Nar”ın sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.








Xəbər 808 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +